AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının təsis edilməsinin 115-ci ildönümü münasibətilə dəyirmi masa təşkil olunub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərəkəvvəlcə Azərbaycan mətbuatının tarixinə nəzər salıb. Xüsusilə, XX əsrin əvvəllərində ölkədəmövcud olan mədəni inkişafdan, o dövrün tanınmış mətbuat orqanları və onların fəaliyyətindən bəhs edib.
Professor çıxışı əsnasında jurnalın fəaliyyəti ilə bağlı bir sıra faktlara diqqət çəkib.Qeyd olunub ki, xalqın milli birliyinə xidmət edən “Molla Nəsrəddin” jurnalı xürafat və cəhalətə qarşı ucalan etirazları ifadə etmiş, elm və təhsili təbliğ etmiş, cəmiyyətdə mövcud olan nöqsanları sadə xalq dilində çatdırmağı bacarmışdır. Bu satirik jurnalsovet hakimiyyəti dövründə mövcud ideologiya əsasında tədqiq edilmiş, bir sıra söz və ifadələr dəyişdirilərəkoxuculara təqdim olunmuşdur. Alim müstəqilliyimizin bərpasından sonrakı dövrdə ədəbiyyatımıza, mətbuatımıza, bütövlükdə mədəniyyətimizə göstərilən dövlət qayğısından da bəhs edib.O, “Molla Nəsrəddin” jurnalının milli ideologiya əsasında öyrənilməsi, tədqiqi və təbliğıməsələlərindən söz açıb.
Tədbir zamanı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosentlər Ramiz Qasımov, Elxan Məmmədov, Zülfiyyə İsmayıl və kiçik elmi işçi Mirsəlim Eminov “Molla Nəsrəddin” jurnalının milli ictimai fikrin inkişafında rolu, jurnalda ifadə olunanfolklor və dil məsələləri, qrafika sənətihaqqında məlumat veriblər.
Daha sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb.XX əsr Azərbaycan ədəbiyyatında aparıcı romantizm və realizm ədəbi cərəyanları, bu cərəyanların əks olunduqları qəzet və jurnallar, onların təbliğ etdikləri ideya fərqlilikləri müzakirənin ilkin mərhələsini təşkil edib. “Molla Nəsrəddin”jurnalının cəmiyyətdə, eləcə də ədəbiyyatımızda yaratdığı rezonansın səbəbləri, mənəvi və psixoloji təsirləri, jurnalda əks olunan karikatura və digər qrafik təsvirlərin əhəmiyyəti kimi məsələlər gənc tədqiqatçılarda böyük marağa səbəb olub. Sonda “Molla Nəsrəddin”çilər haqqında fikir mübadiləsi aparılıb, bu satirik jurnalın ədiblərimizin yaradıcılığına göstərdiyi təsirlər təhlil olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti