22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qonağa universitet haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, 2020-ci ildə Ali Baş Komandanın yüksək siyasi bacarığı, ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində qazanılan tarixi qələbədə Pakistan dövlətinin də siyasi və mənəvi dəstəyi böyük rola malik olub. Rektor Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan dövlətinin tutduğu qətiyyətli və prinsipial mövqeyin xalqımız tərəfindən də həmişə böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə universitet haqqında xoş təəssüratlarını bölüşüb. Qeyd edilib ki, Pakistan Azərbaycanın haqq işində hər zaman dövlətimizin, xalqımızın yanında olub, bizə öz dəstəyini açıq və birmənalı şəkildə ifadə edib.
Səfir ali təhsil ocağının Beynəlxalq münasibətlər ixtisası tələbələri üçün mühazirə deyib. Məlumat verilib ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Vurğulanıb ki, Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. Diplomat hər iki ölkə arasında xarici əlaqələri tarixi faktlarla tələbələrə çatdırıb. Qarşlılıqlı müzakirədə təhsil sahəsində gələcək perspektivlər dəyərləndirilib.
Sonra müəllim və tələbələrin sualları cavablandırılıb. Səfir Diplomatiya kabinəsində qonaqlar üçün ayrılan xatirə dəftərinə ürək sözlərini qeyd edib. Universitet Televiziyası üçün müsahibə verib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR