29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Musiqi Kollecində Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin sinif konserti təşkil edilib.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış edərək bildirib ki, dünyada özünəməxsusluğu, zənginliyi ilə seçilən Azərbaycanın musiqi mədəniyyəti çoxəsrlik inkişaf yolu keçib. Musiqi mədəniyyətimizin bugünkü inkişafı Üzeyir bəydən gələn milli musiqilərimizin nota salınması, xalq mahnılarının yaşadılması musiqi axtarışlarının nəticəsi, yaradıcı musiqişünasların yetişməsi, adlarını tarixləşdirən sənətkarların xidmətləri ilə bağlı olub. Müasir dövrdə də milli musiqimiz dövlətimizin diqqət və qayğısı ilə geniş şəkildə təbliğ edilir, yaşadılaraq gələcək nəsillərə ötürülür.

Qeyd edilib ki, musiqi mədəniyyətimizi müasir mərhələdə inkişaf etdirən, qoruyanlardan biri, kollecin  müəllimi olan Elman Əliyev uzun illərdir tələbələrinə öz mehrini saldığı milli musiqi alətimiz olan tarın incəliklərini, sirlərini öyrədir. Məhz bunun nəticəsidir ki, bu gün kollecimizdə qədim musiqi aləti olan, səsini dinlədikdə  qəlbimizə, ruhumuza işləyən tarda gözəl ifa edən gənclərimiz yetişməkdədir. Həmin gənclərdir ki, muxtar respublikamızda keçirilən tədbirlərdə fəal iştirak edirlər.

Sonda isə kollecin tələbələri S.Rüstəmov “Oxu Tar”, A.Gəray “Tarantello”, C.Cahangirov “Qəzəl”, V.A.Motsart “Rondo”, A.Diniku “Mart yallısı”və digər yerli,  xarici bəstəkarların əsərlərini ifa ediblər.

                                                                                 Aytac CƏFƏRLİ

 

 

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR