Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən daha bir tempo turnirinə yekun vurulub.
Naxçıvan Şahmat Mərkəzində təşkil edilən turnirdə muxtar respublikanın 100 dərəcəli şahmatçısı və müəllimləri mübarizə aparıblar. 9 turdan ibarət olan və dairəvi sistem üzrə keçirilən turnirin qalibi bütün görüşlərini qələbə ilə başa vuran FİDE ustası Pərviz Qasımov (2337) olub. 7,5 xal toplayan beynəxalq usta Toğrul Həsənzadə (2322) turniri ikinci pillədə başa vurub. 3 zəka sahibi – Sadiq Qarayev (1781), Əli Əliyev (1613) və Hüseyn Seyid (1660) isə 7 xalla 3-cü 5-ci yerləri bölüşüblər.
* * *
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Sədərək Rayon Təhsil Şöbəsi, Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi, Türkiyənin Muğla Böyük Şəhər Bələdiyyəsi və Pakistan Akıl Sporları Satranc Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Pakistan şahmatçı şagirdləri arasında “8 Online Uluslararası Külübler Lichess” şahmat turniri keçirilib.
Lichess.org internet platforması vasitəsilə keçirilən görüşdə Azərbaycanın rayon və şəhərlərindən İda Şahmat klubu, Yevlax, Balakən, Samux, Mingəçevir, Göyçay, Oğuz, Tərtər Gənclər və İdman Şahmat məktəbləri, Naxçıvan Muxtar Respublikasının Sədərək və Kəngərli rayon Uşaq-Gənclər Şahmat məktəblərinin komandaları, Türkiyə Cümhuriyyətinin İzmir Deha, Muğla, Fathiyə, Antakya, Karşıyaka, “Ünlem”, “Ünlem Akedemi”, “Yıldız Satranc Akedemi”, Ankara, “Serdas”, “Turğutlu Deha”, “Kaplan Satranc” mərkəzləri və klubları, Pakistan Respublikasının “Pakistan Akıl Sporları”, “Puas Master”, “Bvs”, “Mixed School”, “TCF Cowasjee”, “C.A.S School”, “SMB Fatima” şahmat klub və mərkəzləri olmaqla, 27 komanda iştirak edib.
Keçirilən görüşdə hər komandada 30 müxtəlif dərəcəli şagird iştirak edib. Ümumilikdə isə 800-ə yaxın müxtəlif dərəcəli zəka sahibi qələbə uğrunda mübarizə aparıb.
Lichess.org internet platforması vastəsilə keçirilən görüş “YouTube” üzərindən canlı yayımlanıb.
Ceyhun MƏMMƏDOV