22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qızılgül sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının da dəstəklənməsi nəzərdə tutulub. Son illər bu istiqamətdə qəbul edilən müvafiq Dövlət proqramının icrası istiqamətində Ordubad rayonunun Əylis kəndi ərazisində onlarla hektar sahədə qızılgül kolları əkilib. Əkinlərə aqrotexniki qaydada qulluq göstərilir.

Dövlət proqramının icrası məqsədilə Kəngərli rayonunda qızılgül plantasiyasının sahəsi daha da genişləndirilib. Rayonda qızılgül sahələrinin artırılmasına xüsusi diqqət yetirilir. Təkcə ötən il burada 0,8 hektar ərazidə qızılgül plantasiyası salınıb. Ötən dövrdə qeyd olunan əraziyə 2300 qızılgül kolu əkilib. Rayonda qızılgül sahələrinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə 0,3 hektarlıq yeni ərazidə 600 qızılgül kolu əkilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR