29 Aprel 2024, Bazar ertəsi

 07 aprel 2021-ci il tarixdəNaxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Nikolay Ostrovskinin “Polad necə bərkidi” bioqrafik romanının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev açaraq hamiliklə bağlı keçirilən kitab müzakirələrinin gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin artmasında böyük rol oynadığını vurğulamışdır.

 M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoruTamella Əsgərova qeyd etmişdir ki, Ostrovski ustalıqla zəngin müşahidə qabiliyyətini və xatirələrini birləşdirmiş öz stili və təhkiyə etmək bacarığı ilə yüksək ədəbiyyat nümunəsi yaratmağa nail olmuşdur. Əsərdə həyat dolu bir gəncin, ideya adamının alovlu mübarizəsini görürük. Əsərdəki hadisələr öz aktuallığını itirsə belə, bu onun böyüklüyünə, onun hərarətinə kölgə salmır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Günay Kəngərli vəM.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Əhmədova “Nikolay Ostrovskinin həyat və yaradıcılığı” və “Polad necə bərkidi” əsərində qəhrəmanın öz ideyası uğrunda mübarizəsi” adlı mövzularla çıxış edərək bildirmişlər ki, rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır.1930-cu ilin payızında “Polad necə bərkidi” romanını yazmışdır. O, 1934-1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik “Fırtınadan doğulmuşlar” romanı üzərində işləmişdir.Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədənAzərbaycan dilindədəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır. “Polad necə bərkidi” romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir.“Polad necə bərkidi” romanı işıq üzü görəndə sovet xalqı sanki müjdə əldə etdi. İnqilabi mahiyyət daşıyan roman, həmçinin müəllifinin şəxsiyyətini ifadə edirdi. Nikolay Ostrovski ağır xəstəliyinə, gözünün görmə qabiliyyətini tamam itirməsinə baxmayaraq aftobioqrafik əsərinə görə əsl populyarlıq və oxucu ordusu qazandı. O, sonralar tərcümeyi- halında yazırdı ki, polad kimi bərkiməsində uşaqlıq və yeniyetməlik illərinin böyük təsiri olub. 

Çıxışlardan sonra tədbir müzakirə formasında davam etmiş, tələbələrin kitab haqda fikirləri dinlənilmişdir.                                                       

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR