22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.
Seminarı giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışmış, tələbələri startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırmışdır.

Sonra institutun İnnovasiya laboratoriyasının aparıcı mütəxəssisi Səminə Rüstəmova startap layihələri, onların necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində maarifləndirici məlumat vermiş, ölkəmizdə və dünyada məşhur olan belə layihələr haqqında danışmışdır.
Konfransda startapçı tələbələr layihələrini təqdim etmiş, Naxçıvan Müəllimlər İnstitutunun saytında belə layihələrin qəbulu üçün nəzərdə tutulan “İdeya bankı” haqqında məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR