29 Aprel 2024, Bazar ertəsi

Naxçıvanda 18 aprel – Beynəlxalq Abidələr və Tarixi yerlər Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.
AMEA Naxçıvan Bölməsində bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında Azərbaycanın zəngin tarix və mədəniyyət abidələrindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamını xatırladan bölmə sədri ölkəmizdə, eləcə də muxtar respublikada tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısından danışıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvan tarixi abidələr diyarıdır” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Аzərbаycаnın ən qədim bölgələrindən biri olan Nахçıvаndа tаriх və mədəniyyət аbidələrinin qоrunmаsı həmişə diqqət mərkəzində olmuşdur. Məruzədə vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanda yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı imzaladığı Sərəncamlar mədəni irsimizin və tariximizin qorunmasında müstəsna rol oynamış, Naxçıvan çoxsaylı tarixi abidələri ilə Azərbaycanda turizmin əsas məkanlarından birinə çevrilmişdir. Sonra mövzu ilə bağlı çıxışlar olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşlarının və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə keçirilən onlayn tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev ölkəmizdə, eləcə də muxtar respublikamızda mövcud olan yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətin birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən tədbirlər, həmçinin təşkil edilmiş yerli və xarici arxeoloji ekspedisiyalar nəticəsində muxtar respublika ərazisində yeni tarixi abidələr aşkar edilərək tədqiq olunmuşdur.
Naxçıvan Dövlət Universitetində təşkil olunan tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov qeyd edib ki, göstərilən yüksək dövlət qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.
Tədbir çıxışlarla davam edib.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR