30 Aprel 2024, Çərşənbə axşamı

Aprelin 8-də Kəngərli və Şərur, 9-da isə Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarında hepatit B, C və qanla keçən virus xəstələrinin müayinəsi, müalicəsi və profilaktikası tədbirlərinin daha da yaxşılaşdırılması üzrə maarifləndirici tədbir keçirilib.

Xəstəxanaların baş həkimləri bildiriblər ki, bu məsələ Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin ötən ay keçirilmiş kollegiya iclasında müzakirə olunub, müvafiq qərar qəbul edilib. Hər ay bölgələr üzrə aşkar olunan virus B və C hepatitli, eləcə də qanla keçən digər ilkin xəstələr haqqında ərazi Gigiyena və Epidemiologiya şöbələrinə müntəzəm məlumat verilir. Hepatit B, C və qanla keçən virus xəstələrinin müayinəsi, müalicəsi və profilaktikası səhiyyə müəssisələrinin fəaliyyətində üstün istiqamət təşkil edir.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimlərindən Adil İbrahimov bildirib ki, bütün dövlət və özəl tibb müəssisələrində xəstələrdə hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələrinin aparılmasına nəzarət daha da gücləndirilib. Qanla təmasda olan tibb heyətinin qorunması məqsədilə onlara qrafikə uyğun hepatit B virusuna qarşı peyvəndin vurulması işinə ciddi nəzarət edilir.
Mərkəzin həkimləri Xədicə Qazıyeva dəri-zöhrəvi xəstəliklərindən qorunma yolları, Məlahət İsmayılova isə laborator-diaqnostik müayinə üsulları və kart testlərinin tətbiqi barədə məlumat veriblər.
Sonra tibb işçilərinin qanla təmasda olduqları laboratoriya və şöbələrə, əməliyyat otaqlarına, stomatoloji kabinələrə baxış keçirilib, monitorinq aparılıb, tövsiyələr verilib.
Qeyd olunub ki, Yoluxucu Xəstəliklər Mərkəzinin əsas təyinatı əhalini xəstəliklərə yoluxmamaları üçün vaxtında maarifləndirmə və profilaktik tədbirlərin aparılmasından ibarətdir. Muxtar respublikada bu işlərin görülməsi üçün geniş imkanlar vardır. Mərkəzdə fəaliyyət göstərən Yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və Dəri-zöhrəvi xəstəlikləri şöbələri üzrə hər hansı bir xəstəlik aşkarlandığı zaman həmin xəstələr dərhal qeydiyyata alınaraq müalicəyə cəlb olunurlar. Rayon xəstəxanalarında da yoluxucu xəstəliklərin qarşısının alınması düzgün diaqnozun qoyulmasına nəzarəti gücləndirmək məqsədilə müəyyən işlər görülür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR