30 Aprel 2024, Çərşənbə axşamı

Muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması ilə əlaqədar 2021-ci il 29 yanvar tarixində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmiş, 2021-ci il üçün iş planı təsdiq edilmiş və icrası üçün müvafiq tapşırıqlar verilmişdir. Bundan əlavə, ötən il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair komissiya tərəfindən hazırlanmış muxtar respublika üzrə illik hesabat aidiyyəti üzrə təqdim edilmişdir.

Komissiya tərəfindən cari ilin müvafiq dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülmüş, monitorinqlər təşkil edilmiş, onlarla bağlı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, 2021-ci il ərzində 30 uşaq müəssisəsində monitorinq aparılması planlaşdırılmışdır. Monitorinqlər zamanı uşaqların dərsə davamiyyəti, tədris prosesinin keyfiyyəti, müəssisənin sanitar-gigiyenik vəziyyəti, təhlükəsizlik tədbirləri, eləcə də uşaqlarla davranış və hüquqlarının mudafiəsi, müəssisə binasının infrastrukturu və sairə sahələr yoxlanılır. Bu ilin ötən dövrü ərzində ekspert qrupunun iştirakı ilə 4 məktəb, 2 məktəbəqədər və 1 lisey olmaqla, 7 uşaq müəssisəsində monitorinq aparılmışdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və aradan qaldırılması ilə bağlı tədbirlər görülərək komissiyaya məlumat verilmişdir.
Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda hər iki valideynini itirmiş 41, valideyn himayəsindən məhrum 37 uşaq vardır. Ümumilikdə, bu kateqoriyaya aid olan uşaqların sayı 78-dir. Belə ki, 2021-ci ilin ötən dövrü ərzində muxtar respublikada 5 uşaq qəyyumluq və himayəyə verilmişdir. Muxtar respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayə komissiyalarının üzvləri ilə birlikdə Naxçıvan şəhəri, Şərur rayonu üzrə valideyn himayəsindən məhrum, hər iki valideynini itirmiş uşaqlardan 7-nin yaşadığı evlərdə monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, həmin uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Uşaqların sağlamlığı, eləcə də mənzil yaşayış, tərbiyə təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmışdır. Aparılan monitorinqlərin nəticəsində müvafiq uşaqlarla bağlı hüquq pozulması hallarına rast gəlinməmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR