30 Aprel 2024, Çərşənbə axşamı

Sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan yun jiletlər hərbi hissəyə təhvil verilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində haqqıödənilən ictimai işlərin təşkil olunması, sağlamlıq imkanları məhdud şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. Ötən il ərzində 30-u sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə, 224 nəfər sosialyönümlü ictimai işlərə cəlb olunub. Sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 2900 yun boyunluq, 920 yun şərf və 700 yun jilet artıq hərbi hissələrə təqdim edilib. Onlar tərəfindən toxunmuş daha 700 ədəd yun jilet yüksək dağlıq şəraitində xidmət edən əsgərlərimizə təhvil veriləcəkdir.

Əlahiddə Ümumqoşun Ordunun zabiti Ramin Dadaşov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə əsgər Tural Məlikov hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Çıxışların ardından yun jiletlər hərbi hissəyə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR