22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yaz suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün mart ayında muxtar respublika ərazisində kanal və arxlarda, nasos stansiyası və təzyiqli boru xətlərində, su anbarlarının suburaxıcı qurğularında, içməli su xətlərində və digər hidrotexniki qurğularda təmir-bərpa işləri aparılmışdır.

Muxtar respublika ərazisində olan su anbarlarına su ehtiyatının toplanılması işləri davam etdirilmiş, ay ərzində sututarlara 39,6 milyon kubmetr su yığılmışdır. Heydər Əliyev Su Anbarının qəza suburaxıcı qurğusunun tunel hissəsində təmir-bərpa işlərinə başlanılmışdır. Hesabat dövründə 5,2 kilometr yeni suvarma boru xətti çəkilmiş, 1,8 kilometr suvarma boru, 5,2 kilometr içməli su, 3,7 kilometr təzyiqli boru xətti təmir edilmiş, 24 kilometr beton və torpaq kanal, 28,8 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmişdir. 2 kəhrizdə təmir işləri başa çatdırılmış, 5-də təmir işləri davam etdirilmiş, 33 subartezian quyusu təmir olunmuş, 1 subartezian quyusunun qazılması işlərinə başlanılmışdır. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 150 metr istiqamətləndirici bənd salınmış, həmçinin 35 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Ötən ay ərzində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 5,2 kilometr suvarma xətti çəkilmişdir. Şahbuz rayonunun Külüs kəndi ərazisində yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilmişdir. Culfa və Ordubad rayonları ərazisində suvarma suyuna olan tələbatın yaxşılaşdırılması məqsədilə Gilançaydan qidalanan suvarma boru xəttinin çəkilişi, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 və Kəngərli rayonunun Böyükdüz kəndinin 2100 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından və Araz çayından qidalanan yeni nasos stansiyalarının və təzyiqli boru xətlərinin tikintisi işlərinə başlanılmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Kəngərli rayonunun Xok kəndində 5,2 kilometr içməli su xətti çəkilmiş, 159 evə su birləşməsi aparılmışdır.
Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 97 evin içməli su xəttinə, 122 evin kanalizasiya xəttinə, Sədərək rayonunda 258 evin içməli su xəttinə, 240 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır. Bundan əlavə, Sədərək rayonunun Dəmirçi kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti işlərinə başlanılmış, 192 ev birləşməsi xətləri çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR