30 Aprel 2024, Çərşənbə axşamı

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.
Məşğələlər Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdaifə və əks hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə taktiki və taktiki-sıra formasında təşkil olunub. Məşğələlər zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizodları üzrə bölmələrin fəaliyyəti göstərilib.

Yekunda hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.

* * *

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Sərhəd Nəzarət Məntəqələrinin hərbi qulluqçuları ilə təlim toplantısı keçirilib. Toplantıda hərbi qulluqçuların sıra və fiziki hazırlıqları yoxlanılıb.

Toplantının ikinci günündə mənəvi-psixoloji hazırlıqdan “Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı vətəndaşlarla ünsiyyətin psixoloji əsasları” mövzusunda məşğələ keçirilib.
Peşə hazırlığından keçirilən məşğələdə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Azərbaycan və Türkiyə vətəndaşlarının hər iki ölkəyə vizasız gediş-gəlişinin sürətli keçid prasedurları öyrədilib.
Hərbi qulluqçulara dünya pasportlarının atlası, dövlət sərhəddini keçməyə hüquq verən bütün növ sənədlərin nümunələri göstərilib, sənədlərin xüsusiyyətlərinin təhqiqatını operativ olaraq müəyyən edən cihazlarla işləmə qaydaları bir daha çatdırılıb.

* * *

Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər. Komanda hesabında 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov, 2-ci yerdə əsgər Aqşin Hüseynov, 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb. Qaliblərə kubok, fəxri fərman və diplomlar təqdim edilib.

Kənan Cəlilov

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR