04 Noyabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Əyləncə və İstirahət Mərkəzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının 5-ci kupon uduşu kampaniyası keçirilib. Tədbirdə Əyləncə və İstirahət Mərkəzinin bölüm müdiri Şahid İbrahimov çıxış edərək bildirib ki, ötən il həyata keçirilməsi nəzərdə tutulan uduş kampaniyası müəyyən səbəblərdən məhz 2021-ci il aprelin 24-nə təsadüf edib. Ötən il fevralın 2-dən avqustun 20-dək “Cahan” AVM-dən alış-veriş edən müştərilərə minlərlə uduş kuponu hədiyyə olunub. 5 paltaryuyan maşın, 10 televizor, 5 kondisioner, 4 mebel dəsti, 1 “Opel Corsa” avtomobili uduşa qoyulub. Bundan əlavə, elektronika və mebel mağazalarından, Əyləncə və İstirahət Mərkəzindən və “Banu” marketlərindən nağd alış-veriş edən alıcılara 15-25 faiz endirimlərlə yanaşı, hədiyyələr də təklif edilib.

Sonra 5-ci kupon uduşu kampaniyasına start verilib, uduş kuponları 6 nəfərdən ibarət nümayəndə heyətinin müşahidəsi ilə iştirakçıların gözü qarşısında şəffaf şəkildə keçirilib. Tədbirdə həmçinin Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı parlaq qələbəni əks etdirən slaydlar nümayiş olunub, vətənpərvər mahnılar səsləndirilib.

“Cahan Holdinq” Kommersiya
Şirkətləri İttifaqının mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR