29 Aprel 2024, Bazar ertəsi

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi də bu tədbirlərdə fəal iştirak edir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu tədbiri mütəşəkkil keçirmək üçün peyvənddən yayınmış 250 uşağın siyahısı hazırlanıb, həmin uşaqlar xəstəxanaya dəvət ediliblər. Artıq onların 171 nəfərində peyvənd işi başa çatdırılıb.

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında isə müxtəlif səbəbə görə immunlaşdırmadan kənarda qalan altı yaşa qədər 5 uşaq peyvəndlərə cəlb edilib. Daha 7 uşağın isə peyvənd olunması nəzərdə tutulub.
İmmunlaşdırma həftəsinin nəticələri haqqında məlumat Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim ediləcək və peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə muxtar respublikanın rayonlarında monitorinqlər keçiriləcək.
Qeyd edək ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq 2018-ci il oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalanıb. Dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR