Naxçıvan Muxtar Respublikasında basketbol üzrə ictimai hakimləri hazırlamaq məqsədilə seminar təşkil edilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Rektorbasketbol idman növünə olan marağı artırmaq, bu idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyan seminarların mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Universitetin “İdman klubu”nun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məhəmmədəli Rəhimov bildirib ki,universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir ki, bu məşğələlərdə hər gün yüzlərlə tələbə idmanın muxtəlif növləri ilə məşğul olur. Vurğulanıb ki, idmanın muxtəlif növləri üzrə idman hakimlərinin hazırlanması da diqqət mərkəzindədir. Voleybol, futbol və cüdo güləşi üzrə seminarlar keçirildiyini diqqətə çəkən klubun sədri qeyd edib ki, artıq basketbol idman növü üzrə də seminar uğurla başa çatıb. Məhəmmədəli Rəhimov bildirib ki, Məşqçilik, Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrinin qatıldığı seminarda 15 tələbə iştirak edib. Seminarı respublika dərəcəli hakim Füzuli Salmanov aparıb. Diqqətə çatdırılıb ki, tələbələr mart ayında 2 həftə ərzində seminar keçib, təcrübi peşə bacarıqlarına sahib olublar.
Sonra nəzəri biliklərin təcrübədə yoxlanılması məqsədilə iki komanda arasında yoldaşlıq görüşü keçirilib və seminarda iştirak edən “Məşqçilik” ixtisası üzrə I kurs tələbəsi Əlişan Rəhimov və Qumru Musalıoyunun hakimliyini ediblər.
Qeyd edək ki, hakimlər üçün keçirilən seminarın təcrübi cəhətdən faydalılığını yoxlamaq məqsədilə tələbələr aprel ayın 27-dən etibarən keçiriləcək XV universiada proqramına daxil olan basketbol yarışlarını idarə edəcəklər.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri