Rusiya və Türkiyəyə 10 istiqamət üzrə avtobus marşrutu rəsmiləşdirilib
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Azərbaycan Respublikasının Höküməti ilə Rusiya Federasiyası və Türkiyə Respublikası Hökümətləri arasında imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq, 2021-ci il üçün Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.
Əlavə olaraq, Qazax rayonunun Ağköynək kəndi ərazisində təşkil olunan avtostansiyaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"yə uyğun olaraq 3-cü kateqoriyalı avtostansiya pasportu verilib.