30 Dekabr 2024, Bazar ertəsi

Namizədlər “Abituriyentin elektron ərizəˮsində orta ixtisas təhsili formasını seçərək, Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət edir və Hərbi-həkim komissiyasından keçirilir (namizəd hərbi xidmətə yararlılığını təyin etmək üçün Naxçıvan Tibb Kollecinin göndərişi əsasında Hərbi-həkim komissiyasından keçirilərək rəy alır). Hərbi-həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildiriləcəkdir. Hərbi-həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər qeydə alınaraq, namizədlərin adlı siyahısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. Qeydə alınan namizədlər ixtisas seçimi zamanı Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasını seçməlidir. Namizədlər Hərbi feldşer işi ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan nəticələri əsasında qəbul edilirlər.

Hərbi-həkim komissiyasının rəyinə əsasən qeyd olunan ixtisas üçün yararlı sayılan, ixtisas seçimi zamanı Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasını seçmiş və qəbul üçün keçid balını toplamış namizədlər qeyd olunan ixtisasa qəbul olunur.
Hərbi feldşer işi ixtisasına sənədlərin qəbulu 20 aprel 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək Naxçıvan Tibb Kollecində aparılacaq.

Əlaqə nömrələri: 545-03-53
545-03-52

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR