30 Aprel 2024, Çərşənbə axşamı

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ordubad rayon Nüsnüs kənd sakini Oruc Əliyev tərəfindən hədiyyə edilmiş eksponatların təqdimatı mərasimi olub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov açaraq bildirib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, ötən il 5 eksponat təqdimatı keçirilib, muzeylərimizə 662 ədəd yeni eksponat təqdim edilib. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilən qədim “Qurani-Kərim”, Sədi Şirazinin qədim kitabı, mis sikkələr, döyüş sursatı və məişətdə istifadə edilən kilim, həsir, mis və saxsı qablar kimi maddi mədəniyyət nümunələri xalqımızın inanc və etiqadını, intellekt səviyyəsini, eləcə də həyat tərzini, mədəni həyatını və məişətini özündə yaşadan muzey eksponatlarıdır.

Nazir müavini hədiyyə olunan eksponatlara görə Oruc Əliyevə minnətdarlıq edib.
Həsən Kərimov muxtar respublikada milli dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, öyrənilməsi, təbliği və inkişafına göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra eksponat hədiyyə edən Nüsnüs kənd sakini Oruc Əliyev və Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi-elmi işçisi, direktor əvəzi Züleyxa Cəfərova çıxış ediblər.
Sonda hədiyyə olunmuş maddi mədəniyyət nümunələrinin sərgisinə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR