30 Aprel 2024, Çərşənbə axşamı

Son illərdə Naxçıvan şəhərində bir neçə yeni uşaq bağçası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, artan əhali tələbatına uyğun olaraq fəaliyyətləri təmin edilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan şəhərinin “İstiqlal” küçəsində daha bir uşaq bağçası üçün bina tikilir.

Tikintiyə ötən ilin sentyabr ayından başlanılıb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan, 210 uşaq yerlik binada beton-qəlib işləri başa çatdırılıb, birinci və ikinci mərtəbələrdə hörgü işləri yekunlaşdırılıb. Üçüncü mərtəbədə isə arakəsmə işləri davam etdirilir. Layihəyə əsasən binanın zirzəmi hissəsində mətbəx, yeməkxana, camaşırxana, qazanxana, əyləncə zalı, anbar, oyun zalı, dərzi otaqları yerləşir. Digər mərtəbələrdə isə hər yaş qrupunda uşaqlar üçün sinif otaqları, oyun zalı, mətbəx, yeməkxana, tədbir və şənliklərin təşkili üçün zal, həmçinin iş otaqlarının hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, yerli inşaat materiallarından istifadə olunan obyektin tikintisi Naxçıvan Şəhər Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR