29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində bu təhsil ocaqlarının Vətən müharibəsində iştirak edən məzunları ilə görüşlər keçirilib.

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin hazırladığı tədbirdəki çıxışlarda Vətən müharibəsindəki qələbə xalqımızın şanlı tarixidir. Qeyd edilib ki, muxtar respublikada şəhidlərin xatirəsinə yüksək ehtiram, qazilərimizə göstərilən xüsusi dövlət qayğısı gənclərin bu istiqamətdə təşkil etdiyi tədbirlərin əsas başlanğıc meyarıdır. Qazilərimiz Nurlan Quliyev və Pənah Mahmudovun döyüş yolu haqqında slayd təqdim edilib, tələbələrdən Jalə Cəfərli və Təranə Zaidova çəkdikləri portretləri Vətən müharibəsi iştirakçılarına təqdim ediblər.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə vurğulanıb ki, Vətən müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tam döyüş bacarığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ən elit silahlı birləşmələrindən birinə çevrilib. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılıb.
Tədbirdə digər çıxışlardan sonra İkinci Qarabağ müharibəsində iştirak etmiş kollecin məzunlarına diplomlar təqdim olundu.

- Aytac CƏFƏRLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR