AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyası əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində müzakirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq keçirilən müzakirədə muxtar respublikada torpaq münbitliyinin artırılması, məhsuldarlığın yüksəldilməsi ilə bağlı fikirlər səsləndirilib. Müzakirədən sonra tədqiqatçılar Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyası ilə tanış olub, “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində müşahidə aparıb, pomidor bitkisi əkininin birgə aparılması və tədqiqi barədə razılıq əldə olunub.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti