30 Aprel 2024, Çərşənbə axşamı

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib. Məşğələ komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil edilib.

Məşğələlər səhra şəraitində təşkil olunmuş təlim yerlərində “Artilleriya divizionunun atış və atəşin idarə olunması”, “Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və “Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında keçirilib, zirehli tank texnikalarından praktik atışları nümayiş olunub.
Sonda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb. Birləşmənin Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbirində bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazır­lığı üzrə yüksək nəticə göstəriblər.

Kənan Cəlilov

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR