22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi bütün sahələrdə olduğu kimi, rabitə sahəsinin gələcək inkişafına, hər bir vətəndaşın onun müasir texnologiyalarından bəhrələnməsinə geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar sahələrinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra layihələr həyata keçirilir. Bunun üçün kifayət qədər şərait yaradılıb. Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, rabitə və informasiya sistemlərinin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış tədbirlər muxtar respublikanın sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırıb.

Rabitə sistemində yeni texnologiyaların tətbiqi, internet şəbəkəsinin genişlənməsi günümüzün tələbləri sırasındadır. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində əhaliyə ən müasir telekommunikasiya xidmətləri göstərilir. Hazırda Naxçıvan şəhərinin Mirzə Ələkbər Sabir, Firdovsi və Yunis Cabbarov küçələrində aparılan quruculuq işləri çərçivəsində sakinlərin ən müasir rabitə, internet və kommunikasiya xidmətlərindən yararlanması məqsədilə yenilənmə işləri görülür.
Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunur. Yeni nəsil rabitə texnologiyalarının qurulması və nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər xidmətlərlə təmin olunması istiqamətində işlər davam etdirilir. Cari il ərzində əhalinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi, eyni zamanda keyfiyyətli, kəsintisiz və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən avtomat telefon stansiyalarına internet plataları əlavə edilib. Belə ki, Naxçıvan şəhərində 42, Şərur rayonunda 47, Babək rayonunda 29, Ordubad rayonunda 9, Culfa rayonunda 1, Şahbuz rayonunda 26, Kəngərli rayonunda 19, Sədərək rayonunda 9 olmaqla, ümumilikdə, 182 ədəd 32, 48 və 64 yerlik internet plataları avtomat telefon stansiyalarına əlavə edilib. Nəticə etibarilə, muxtar respublika üzrə 6000-ə yaxın internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaranıb ki, gündəlik daxil olan müraciətlərə əsasən abonentlər yüksəksürətli ADSL (asimmetrik rəqəmsal abunəçi xətti) internetlə təmin olunurlar.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR