29 Aprel 2024, Bazar ertəsi

 

 

 

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müxtəlif qurumlarla tələbələrin vaxtaşırı görüşləri keçirilir. Fakültə üzrə üç ixtisasın hamiliyə verildiyini bildirən dekan, hər ay mütəmadi olaraq belə görüşlərin təşkil edildiyini diqqətə çatdırıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklər qazanmasında bu cür tədbirlərin önəmini vurğulayıb.

  Ardınca söz Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi Anar Həsənova verilib. “Maliyyə”,  “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən növbəti görüşün təşkili üçün təşəkkür edən məruzəçi, Nazirliyin bütün şöbələrinin iş prinsipi haqqında tələbələrə mütəmadi məlumatlar verildiyini bildirib. Sonra mühasibatlıq şöbəsinin gördüyü işlər haqqında iştirakçılara məlumat verib.

 

 Mühasibatlıq nədir, smeta və xərclərin hesablanması, ehtiyat fondlarının qeydiyyatının aparılması, əməkhaqqı, onun hüquqi tərəfləri, hesablanma qaydası barədə danışan Anar Həsənov deyib ki, tarif dərəcəsi, əməkhaqqına əlavələr və mükafatlar düzgün hesablanmalı, qanunvericiliyə əsasən tənzimlənməlidir. Görüşdə həmçinin əməkhaqqından işçi və müəssisə tərəfindən ödənilən ödəmələr, vergilər haqqında məlumat verilib. Məzuniyyət hüququ və bu hüququn təminatından danışan məruzəçi bildirib ki, məzuniyyətin əmək, təhsil və yaradıcılıq, sosial, ödənişsiz olmaq üzrə bir neçə növü var. Bunların hər biri qanuni olaraq işçinin hüququdur və təmin olunmalıdır. Keçirilən tədbirdə həmçinin əməkhaqqı cədvəli, bank sənədi haqqında da məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR