29 Aprel 2024, Bazar ertəsi

“Mütaliə aylığı” çərçivəsində aprelin 20-də Naxçıvan Muxtar Respublika Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.

Dərsdə bildirilib ki, son onilliklərdə Azərbaycanda, o cümlədən muxtar respublikada ədəbiyyat, incəsənət, teatr sahələrində yüksəliş xüsusilə nəzərə çarpır. Dövlətimiz tərəfindən Azərbaycan, eləcə də Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılara hər zaman xüsusi diqqət göstərilir, Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlar əsasında muxtar respublikamızda görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, yaradıcı insanlar yüksək dövlət mükafatları ilə təltif olunurlar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilmiş, 18 fevral 2021-ci il tarixdə isə Azərbaycan aşıq poeziyasının görkəmli siması Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamların muxtar respublikada icrasının yüksək səviyyədə təmin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlar əsasında Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planının icrası istiqamətində muxtar respublika təhsil müəssisələrində müxtəlif istiqamətli tədbirlər - elmi konfranslar, yaradıcılıq müsabiqələri, interaktiv dərslər keçirilir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR