22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Ödənişlərin onlayn və POS-terminallarla qəbulu” istiqamətində tədbir keçirilib. “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu tədbiri giriş sözü ilə açıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib. Dövlət proqramına uyğun olaraq keçirilən tədbirlərdə müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi və onların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsi istiqamətində aidiyyəti dövlət orqanı ilə birlikdə maarifləndirici görüşlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, 1 mart 2021-ci il tarixə muxtar respublikada 1429 POS- terminal aparatı quraşdırılıb. 2021-ci ilin yanvar və fevral aylarında nağdsız ödənişlərin həcmi 17 milyon 764 min 265 manata çatdırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 450 min 133 manat çoxdur. Həmçinin vətəndaşların nağdsız ödənişlərə marağının daha da artırılması məqsədilə ildə iki dəfə olmaqla, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adı ilə həvəsləndirici tədbirlər keçirilir. Bu günə kimi keçirilən 14 tirajda 3857 muxtar respublika sakininə 240 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Elçin Babayev bildirib ki, muxtar respublikada əksər müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, eləcə də digər sahələrdə işləyənlərin, həmçinin pensiyaçı və təqaüdçülərin əməkhaqları, pensiya və müavinətləri plastik kartlar vasitəsilə nağdsız qaydada ödənilir. Diqqətə çatdırılıb ki, nağdsız ödənişlərdən istifadə büdcəyə nəzarət imkanı verməklə yanaşı, onların tətbiq edilməsinin rahat olmasıdır. Vətəndaşlar, həmçinin vergi, sosial, sığorta və digər ödənişləri qısa zaman ərzində onlayn və POS-terminallar vasitəsilə də rahat şəkildə həyata keçirə bilərlər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR