Azərbaycan Ukrayna və Belarusa pomidor məhsulunun ixracı ilə bağlı 1 milyon dollarlıq müqavilə imzalayıb
AZPROMO-dan verilən məlumata görə, bu il fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.
Xüsusi dadı və keyfiyyəti ilə fərqlənən Azərbaycan məhsullarını sərgi iştirakçıları və xarici şirkətlər böyük maraqla qarşılayıb. Azərbaycan sahibkarları xarici ixracatçılarla məhsulların satışına dair görüşlər keçirib, müzakirələr aparıblar.