Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunun Nehrəm qəsəbəsində yaşayan aztəminatlı sağlamlıq imkanları məhdud olan İbrahimovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra aztəminatlı ailənin problemləri ilə maraqlanılıb, onlara ərzaq payı verilib.
Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi