23 Dekabr 2024, Bazar ertəsi

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış davam edir.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

 

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında komissiyadan keçmə prosesi davam edir.

Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xidmətin şəhər, rayon idarələri öz xidməti vəzifələrini layiqincə həyata keçirir.  Dövlət Xidməti əlaqəli orqanlarla da birgə iş fəaliyyətinin səmərəli təşkilinə yüksək dəqiqliklə yanaşır.

Güclü ordunun təməlini sağlam, iradəli, eyni zamanda vətənpərvər gənclər təşkil edir.  Bu baxımdan çağırışçıların tibbi müayinədən keçmə prosesi əsas və vacib amildir. Bu prosesə xüsusi həssaslıqla yanaşan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hal-hazırda davam edən çağırış prosesində  müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə bərabər həkim mütəxəssislərin də (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq,  stolamtoloq, dermato-veneroloq, psixoloq) iştirak etdiyi komissiyalarda çağırışçıların tibbi müayinədən şəffaf şəkildə keçməsi məsələsinə xüsusi diqqət göstərirlər.

Xidmətin şəhər və rayon idarələrində müəyyən qrafikdə fəaliyyət göstərən komissiyanın tələblərinə cavab verən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüqüqu olmayan, və ya çağırışdan azad edilməmiş Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlar komissiyanın qərarı ilə  vətənə olan müqəddəs borcunu ödəmək üçün haqq qazanır.

Komissiya fəaliyyəti zamanı “Hərbi vəzifə və hərbi xidmət haqqında”  Azərbaycan Respublikasının qanununa uyğun olaraq öz səlahiyyətləri çərçivəsində tibbi müayinə prosesində  müddətli hərbi xidmət üçün yararsız olduğu aşkar edilən çağırışçılara möhlət verilməsi, eyni zamanda ailə vəziyyətinə görə və təhsil alan gənclərə də təhsilini davam etdirmək üçün çağırışa möhlət verilməsi qərarlarını verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir parçası olmaq şərəfinə nail olacaq gənc əsgərlər əvvəlcə müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir, qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirrlərini öyrənir və  sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirir.

     Vətən öz gücünü ona dərin məhəbbət bəsləyən övladlarından alır. Ona qucaq açan bu vətənə layiqli xidmət etmək hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Ana vətənə borcunu layiqincə ödə Azərbaycan əsgəri!

Şükufə HƏSƏNOVA

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə

Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR