23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası mart ayında da muxtar respublikanın teleradiolarının fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır.
Naxçıvan Dövlət Televiziyasının monitorinqi zamanı məlum olmuşdur ki, ötən ay televiziyanın öz məhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Mart ayında 128 televiziya verilişi efirə təqdim olunmuşdur. Sevindirici haldır ki, ötən ay yayımlanan verilişlərdə idman və gəncliyin mükəmməl harmoniyası aparıcı, müəllif, efir rejissoru və digər əməkdaşlar tərəfindən uğurla efirə işlənmişdir. Televiziya əməkdaşları mart ayında da sosial şəbəkələrdə fəallıq nümayiş etdirmişdir.
Naxçıvan Dövlət Radiosu mart ayı ərzində 611 saat efirdə olmuşdur. Ümumi efirin 44 faizini radionun öz istehsalı olan verilişlər təşkil etmişdir. Bəhs edilən dövrdə radio efirində yeni layihələr təqdim edilmişdir. Ötən monitorinqlərdə Televiziya və Radio Şurası tərəfindən radioda uşaq verilişlərinin olmaması ilə bağlı nöqsanın aradan qaldırılması məqsədilə “Dostlarla birlikdə” proqramı dinləyicilərə çatdırılmışdır.

Yayım profili, əsasən, tədrisyönümlü olan “Kanal 35” televiziyasının mart ayındakı fəaliyyəti şura tərəfindən yaxından izlənmiş, televiziyanın öz istehsalı olan material­lar diqqətdə saxlanılmışdır. Televiziya tərəfindən “Nizami Gəncəvi ili” ilə əlaqədar “Nizami Gəncəvi 880” teledərsinin 4 sayı, “Kurikulumun tədrisi” materialının 4 sayı efirə təqdim olunmuş, “Təhsildə bu gün” adlı silsilə verilişlər hazırlanmışdır. Tədris yayımı ilə yanaşı, mart ayında muxtar respublikamıza həsr olunmuş 34 telematerial efirə yayımlanmışdır.
Şura əməkdaşları mart ayında “Naxçıvanın səsi” radiosunun efirini müntəzəm olaraq izləmiş və monitorinqini aparmışdır. Bəhs edilən dövrdə radio 248 saat efirdə olmuşdur. Efir müddətində 56 saat canlı yayım proqramları və verilişlər hazırlanaraq dinləyicilərə təqdim edilmişdir.
20 fevral 2021-ci il tarixdən Naxçıvan Dövlət Universitetinin televiziya kanalı muxtar respublika ərazisində yayıma başlamışdır. Yayımında tədrisyönümlü verilişlərin üstünlük təşkil etdiyi kanalda hazırlanan xəbər proqramlarında efirə verilən süjetlərdə bir sıra nöqsanlar müşahidə edilmişdir. Şura yaradıcı və texniki heyətlə mütəmadi görüşlərin keçirilməsini və yaradıcılıq köməyinin göstərilməsini iş planına daxil etmiş, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsini qarşıya məqsəd qoymuşdur.
Təhlilə əsasən məlum olmuşdur ki, bəhs edilən dövrdə sosial platformalarda Naxçıvanla bağlı 800-dən çox foto və video, həmçinin xəbər paylaşılmışdır. Hesabat dövründə Şahbuz rayonunda yaradılan Ağbulaq Xizək Mərkəzindən hazırlanan materiallar, fotoreportajlar və digər məqalələr şuranın təşəbbüsü ilə Küveytin dasmannews.com internet saytında, Türkiyənin Anadolu Ajansının, TRT HABER və TRT-AVAZ-ın saytlarında və digərlərində yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR