22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası tərəfindən növbəti ustad dərsləri təşkil edilib.
Ordubad şəhərindəki 1 nömrəli tam orta məktəbdə yaradılan ağır atletika bölməsində məşqçilər və idmançılar üçün keçirilən ustad dərsləri Şərur rayon ağır atletika bölməsinin məşqçi-müəllimi Şəfi Hüseynov tərəfindən aparılıb. Dərsləri təşkil etməkdə məqsəd uşaqların bu idman növünə cəlbi, kütləviliyin təmin edilməsi, məşqçi və idmançılara ağır atletika idman növünün yeni qaydaları haqqında məlumat vermək, onların bilik və bacarıqlarını təkmilləşdirmək, eyni zamanda Ordubad şəhərində bu növün inkişafını təmin etməkdən ibarət olub.
İdmançılara bütün qaydalar haqqında nəzəri və praktik olaraq məlumat verən Şəfi Hüseynov onların suallarını cavablandırıb.
Qeyd edək ki, Atletika Federasiyası bu növün inkişafı üçün ustad dərslərini növbəti aylarda muxtar respublikanın bütün şəhər və rayonlarında da təşkil edəcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR