Cari il yanvarın 14-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarının keçirilməsinə start verilmişdi.
Qeyd edək ki, test imtahanlarında iştirak etmək üçün 5412 müəllim qeydiyyatdan keçib, onlardan 5274-ü sertifikasiya imtahanlarında iştirak edib, 3304 təhsilverən keçid balını toplayıb.
Sertifikasiya imtahanlarının test mərhələsində ən yüksək nəticələri alman dili, fransız dili, coğrafiya, ingilis dili və təsviri incəsənət müəllimliyi, ən aşağı nəticələri isə fiziki tərbiyə və ibtidai sinif müəllimliyi ixtisasları göstərib.
Ayrı-ayrı fənlər üzrə statistikaya nəzər salsaq, riyaziyyat müəllimliyi üzrə 467, ibtidai sinif müəllimliyi üzrə 671, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 420, tarix müəllimliyi üzrə 222, ingilis dili müəllimliyi üzrə 266, fiziki tərbiyə müəllimliyi üzrə 97, biologiya müəllimliyi üzrə 163, texnologiya müəllimliyi üzrə 129, fizika müəllimliyi üzrə 185, kimya müəllimliyi üzrə 133, coğrafiya müəllimliyi üzrə 110, rus dili müəllimliyi üzrə 101, informatika müəllimliyi üzrə 95, gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi üzrə 100, musiqi müəllimliyi üzrə 42, fransız dili müəllimliyi üzrə 46, təsviri incəsənət müəllimliyi üzrə 45, alman dili müəllimliyi üzrə 12 nəfər imtahanlarda uğur qazanıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti