22 Dekabr 2024, Bazar

Aprelin 23-də Nazirliyin təşkilatçılığı ilə hamiliklə bağlı keçirilən dəyirmi masada  milli-mənəvi dəyərlərimizin, tarix-mədəniyyət abidələrinin sosial şəbəkələrdə təbliğində və tanıdılmasında gənclərimizin potensialından səmərəli istifadənin yolları müzakirə edilmişdir.

Dəyirmi masanı nazirliyin şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açaraq bildirmişdir ki, dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, bu dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir.

Vurğulanmışdır ki, Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi milli dəyərlərə dövlət səviyyəsində diqqət və qayğı göstərir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafına öz layiqli töhfələrini vermiş muxtar respublikamızda milli dəyərlərə böyük diqqət, qayğı və hörmət göstərilir. 1995-ci ildən bu günə kimi muxtar respublikamızda milli dəyərlərimizin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin, adət-ənənələrimizin qorunması, zənginləşdirilməsi, tarix-mədəniyyət abidələrinin bərpası həmişə diqqət mərkəzində olmuşdur.

Milli dəyərlərə böyük önəm verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyibdir: “Tarix sübut edir ki, hər bir xalqı yaşadan onun milli dəyərləri – dili, adət-ənənələri, mədəniyyətidir”.

Müzakirələrdə Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev, Nazirliyin Aparatının aparıcı məsləhətçisi Şəfəq Abbasova, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Həcər Əsgərova, Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova, Culfa Şəhər Klubunun müdiri Aidə İbrahimova bu sahədə görülmüş işlərdən, milli-mənəvi dəyərlərin təbliği sahəsində gənclərin rolundan danışmışlar.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Naxçıvan Muxtar respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

    

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR