22 Dekabr 2024, Bazar

Bu ilin 9 ayı ərzində muxtar respublikanın mədəniyyət müəssisələrində görkəmli şəxsiyyətlərin yubileyləri ilə əlaqədar konfrans, dəyirmi masalar, yığıncaq və tematik sərgilər keçirilib, teatr tamaşaları, ədəbi-bədii kompozisiyalar, konsertlər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində kitabxanalarda müvafiq kitablardan ibarət guşələr yaradılıb. Bu dövrdə kitabxanalara 214 adda 11 min 146 nüsxə çap məhsulu verilib.
Muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması işi də diqqət mərkəzində saxlanılıb, muzeylərə 993 yeni eksponat daxil olub. Yanvar-sentyabr aylarında muzeyləri 217 min 639 nəfər tamaşaçı ziyarət edib, muzeylərdə 258 açıq dərs keçilib. Bəhs olunan dövrdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Onun iki qabırğası” və M.Meterlinkin “Göy quş”, Naxçıvan Dövlət Kukla Teatrında A.Salmanlının “Niyyət açarı”, K.Ağayevanın “Göyçək Fatma” və Ə.Abbasovun “Keçinin qisası”, Naxçıvan Dövlət Uşaq Teatrında A.S.Ekzüperinin “Balaca şahzadə” və məhdud fiziki imkanlı uşaqlarla B.İsgəndərlinin “Özgəsinə quyu qazan” tamaşaları hazırlanaraq ­teatrsevərlərə təqdim edilib. Ordubad Rayon Xalq Teatrının kollektivi Rəşid bəy Əfəndiyevin “Saqqalın kəraməti”, Babək Rayon Xalq Teatrının kollektivi isə B.Vahabzadənin “Yollara iz düşür” əsərləri əsasında tamaşalar hazırlayıb və teatrsevərlərə təqdim ediblər.

İyun-sentyabr aylarında əhalinin yay istirahətinin təşkili məqsədilə Naxçıvan şəhərinin park və meydanlarında əhaliyə 10 konsert pro­qramı təqdim edilib. Naxçıvan Dövlət Film Fondu isə “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında 10 film nümayiş etdirib. Bundan başqa, film fondunun nəzdində yaradılmış kinoklub tərəfindən “Özfəaliyyət dram dərnəklərinin muxtar respublika baxış-müsabiqəsi” və ümumtəhsil məktəblərinin 5-8-ci sinif şagirdləri arasında kinoviktorina keçirilib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının yenilənməsi və yeni reklam-informasiya materiallarının hazırlanması işi davam etdirilib, ötən dövr ərzində mərkəzə muxtar respublika və ölkənin müxtəlif bölgələri ilə yanaşı, İran, Türkiyə, Almaniya, Slovakiya, Avstriya, Rusiya, Malayziya, Böyük Britaniya, Fransa, Çexiya, Nigeriya, Rumıniya və İtaliyadan müraciətlər daxil olub. Mərkəzin internet səhifəsinə 92 min 494 baxış sayı olub və ümumilikdə, 112 min 154 baxış qeydə alınıb. Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən turizm potensialını əks etdirən videoçarxların internetdə yerləşdirilməsi təmin edilib və mərkəzin “Youtube” kanalına 350-dən çox məlumat – videoçarx daxil edilib, 292 min 913 baxış sayı qeydə alınıb. Ümumdünya Turizm Günü münasibətilə təşkil edilən “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik!” adlı internet-aksiyada isə 9 minə yaxın paylaşım edilib, paylaşılan materiallara 90 mindən çox baxış sayı qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR