26 Aprel 2024, Cümə

İlin bütün fəsillərində muxtar respublikamıza turist axınının şahidi oluruq. 2019-cu ildə qədim diyarımıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlib. Həmçinin Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. Bu statistik məlumatlar bir daha göstərir ki, Naxçıvan turistlərin ən çox müraciət etdiyi şəhərlər sırasında öz yerini qoruyub saxlayır. Keçən günlərdə Pakistan Respublikasından diyarımıza səyahətə gələn turistlər də Naxçıvanın qış fəslində gəzib-görməli yerlərində oldular.

Şəhərimizdə Pakistan vətəndaşı İmran Muhammedlə həmsöhbət olduq. O, qeyd etdi ki, hazır­da ailəsi ilə birgə Bakı şəhərində yaşayır və orada ticarətlə məşğul olur: – Biz bir neçə ildir, Bakıya gəlmişik. Azərbaycan mənim ikinci Vətənimdir. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi dostluq əlaqələri uzaq keçmişə dayanır. Xatırladım ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlət sırasındadır. Hər iki dövlətin insanlarının bir-birinə qarşılıqlı hörmət və ehtiramı var. Azərbaycanın tanınmış diyarı olan Naxçıvana isə ilk dəfədir, gəlirəm. Bura çox xoşuma gəldi. Mən əvvəldən də məlumatlıyam ki, Pakistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı dostluq əlaqələri vardır. Buranın ali təhsil müəssisələrində Pakistandan olan tələbələr təhsil alır, universitetlərarası sıx əlaqələr mövcuddur. Həmçinin görkəmli Azərbaycan yazıçısı, əslən Naxçıvandan olan Cəlil Məmmədquluzadə haqqında kitablar Pakistanda urdu dilində nəşr olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq bildirib ki, bu startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən hazırlanıb. Layihədə iştirakla əlaqədar elan verilib, bir ay müddətində sənəd qəbulu aparılıb və müraciət etmiş 38 nəfər təlimdə iştirak hüququ qazanıb.

Ardını oxu...

Dünyanın məşhur turizm jurnalı olan “Vanderlast” öz saytında ekzotika həvəskarlarını bu il də Naxçıvana səyahət etməyi məsləhət görür. “Dünyagörüşünüzü genişləndirin: 2020-ci ildə gözlənilməz 9 epik yerə səyahət” başlıqlı məlumat guşəsində Azərbaycan və ayrıca olaraq Naxçıvan da yer alıb.

Ardını oxu...

2019-cu ilin sonuna sayılı günlər qalıb. Yaradılmasının 95 illiyini böyük nailiyyətlərlə başa vuran muxtar respublikamızda bütün sahələrin dinamik inkişafı təmin olunmuş, həyata keçirilən quruculuq-abadlıq tədbirləri bütünlükdə qədim diyarın simasını daha da dəyişmişdir. Görülən işlərin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata çatmış, kənd təsərrüfatı məhsullarının istehsal həcmi 507 milyon 641 min, ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olmuş, muxtar respublika üzrə 3250 yeni iş yeri açılmışdır. Təbii ki, əldə olunmuş uğurlarda muxtar respublikamızın hər bir bölgəsinin öz payı var. Bu il yaradılmasının 15 ili tamam olan Kəngərli rayonu da özünün hərtərəfli inkişafı ilə 95 illik muxtariyyət tariximizə töhfələrini verməkdədir.

Ardını oxu...

  

Təbiətin və insan əlinin yaratdığı möcüzə

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar var. Muxtar respublikanın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Bu da qədim diyarın turizm potensialının artmasına öz töhfəsini verir.

Ardını oxu...

Odlar yurdu Azərbaycanın dilbər guşəsi olan qədim Naxçıvanın tarixinə nəzər saldıqda bugünkü inkişafa qədər diyarımızın çox enişli-yoxuşlu, keşməkeşli yol keçdiyinin şahidi olarıq. Bu yollarda addımlamaq çətin və mürəkkəb olsa da, qədim diyarın insanları hər zaman gələcəyə nikbin baxıb, qürurla irəliləməyi bacarıblar. Bütün sahələrdə əzmlə çalışaraq inkişafa nail olublar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır”. 

Keçmişdən fərqli olaraq müasir dünyanın reallıqları çərçivəsində ən son yaşanmış çətinliklərin tarixi ilə bizi 30 ilə yaxın bir zaman ayırır. Naxçıvan Muxtar Respublikasının bugünkü intibahı diyarımıza gələn qonaqların düşüncəsi ilə dünən və bu gün arasındakı kəskin fərqi müqayisə etməyə yetərincə imkan verir...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2019-cu ilin noyabr ayında turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, ötən ay Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı təşkil edilmiş, tələbələrin muxtar respublikada fəaliyyət göstərən mehmanxanalarda təcrübə keçmələri təmin olunmuşdur. Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş olmuş, onlara muxtar respublikanın turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər paylanmışdır.

Ardını oxu...

Böyük Britaniya vətəndaşı Mark Elliot 2019-cu ilin iyun ayında muxtar respublikada səfərdə olan və Naxçıvan barədə nüfuzlu “Experience Azerbaijan” jurnalında məqaləsi dərc olunub. Həmin məqaləni təqdim edirik.

Ardını oxu...

Böyük Britaniya vətəndaşı Mark Elliot 2019-cu ilin iyun ayında muxtar respublikada səfərdə olmuş və Naxçıvan barədə nüfuzlu “Experience Azerbaijan” jurnalında məqaləsi dərc olunmuşdur. Həmin məqaləni təqdim edirik.

Nuh Peyğəmbərin məzarı və “Avrasiyanın Maçu Piçusu” Naxçıvandadır. Çox güman ki, bu ərazi barədə eşitməmisiniz. Mədəni və siyasi baxımdan Azərbaycan Respublikasının bir hissəsi olmasına baxmayaraq, coğrafi baxımdan Azərbaycandan ayrı düşmüşdür. Bura eksklavlara və fərqli məkanlara səfər etməkdən zövq alanlar üçün ziyarət həyəcanı təqdim edir.

Ardını oxu...

Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” tədbiri öz işinə başlayıb.

Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla, ümumilikdə 1500-dən çox iştirakçı qatılıb. Sammitdə muxtar respublikamızı Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, həmçinin bir qrup nümayəndə heyəti təmsil edir.

Ardını oxu...

Bu gün Naxçıvan zəngin turizm ehtiyatları və qonaqpərvərliyi ilə bütün dünya turistlərinin sevimli məkanına çevrilib. Bu diyarın qədim tarixini və mədəniyyətini özündə əks etdirən Naxçıvanqala, Nuh ­Peyğəmbərin türbəsi, xalqımızın məğrurluq zirvəsi Əlincəqala, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, müqəddəs Əshabi-Kəhf ziyarətgahı və digər tarixi əhəmiyyətli yerləri görmək üçün hər il  Naxçıvana yüz minlərlə turist səyahət edir. 

Ardını oxu...

Yer üzündə yaşayan bütün xalqlara nəsib olmayan müstəqillik ən qiymətli sərvətimiz kimi cəmiyyətin bütün sahələrində öz bəhrəsini verməkdədir. Müstəqil ölkəmizin dünya dövlətləri ilə yaratdığı iqtisadi-mədəni əlaqələrin miqyası genişləndikcə onun beynəlxalq aləmdəki nüfuzu artmaqda, vətəndaşların həyat səviyyəsi də yüksəlməkdədir. 10 dekabr 1948-ci il İnsan Hüquqları Haqqında Bəyannamənin 13-cü maddəsində göstərilən və insanların səyahət etməsi azadlıqlarını özündə ehtiva edən müddəalar da məhz cəmiyyətin inkişaf göstəricisi kimi turizmin əhəmiyyətini özündə göstərir. 

Ardını oxu...

Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli mətbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.

Ardını oxu...

Hindistanlı iş adamı Debarçan Bisvas 15-17 sentyabr tarixlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olub. O, ölkəsinə qayıtdıqdan sonra muxtar respublika ilə bağlı təəssüratlarını qələmə alıb. Həmin yazını təqdim edirik.


Ailəmlə zaman keçirmək üçün Hindistana getmədən öncə, Dubayda olduğum son bir ay ərzində Qafqazda bir neçə həftə zaman keçirmək qərarına gəldim. Azərbaycana səfər planlaşdırarkən tək bildiyim şəhər Bakı idi. Ancaq mənim maraq dairəm son dövrlərdə muxtar bölgələr olmuşdu. Araşdırma edərkən Naxçıvan Muxtar Respublikası diqqətimi daha çox çəkdi. Zamanımın az olmasına baxmayaraq, Naxçıvana səyahət etməyə qərar verdim. Mənim üçün Bakıdan Naxçıvana bilet almaq və otel rezervasiya saytlarından biri vasitəsilə “Təbriz” otelində yer sifariş etmək çox asan oldu.

Ardını oxu...

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Turizm könüllüləri” layihəsinə qoşulan tələbələrin iştirakı ilə “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda dəyirmi masa keçirilib.

Ardını oxu...

Adım Əli, soyadım Sökməndir. 2000-ci ildən bəri Türkiyə Respublikası Səhiyyə Nazirliyində çalışıram. Evli, iki uşaq atasıyam. 1997-ci il təvəllüdlü bir qızım və 2000-ci ildə dünyaya gələn bir oğlum var. Övladlarımın yaxşı təhsil almaları dövlətə, millətə və bütövlükdə bəşəriyyətə xeyir verən bir şəxsiyyət olmaları üçün əlimdən gələni edirəm. Özüm səhiyyə işçisi olduğum üçün qızım da bu sahəni seçdi və hazırda tibb bacısı kimi çalışır.
Oğlum da məni və bacısını nümunə götürərək həkim olmaq istəyirdi. Ancaq Türkiyədə təxminən 3 milyon məzundan 10-15 mini Tibb fakültəsində oxumaq imkanı qazanır. Bunu nəzərə alaraq xaricdəki bir çox universitetlərin Tibb fakültələrini araşdırmağa başladım. Bunlardan biri də “Bir millət, iki dövlət” olaraq tanıdığımız qardaş ölkə Azərbaycan idi. İlk olaraq din, dil və dəyərlər baxımdan doğma hiss etdiyim öz qardaş və bacılarımızın təhsil aldığı Azərbaycan Tibb Universitetini və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini nəzərdən keçirdim.
Naxçıvandakı ali təhsil ocaqlarının səviyyəsi, təhsil şəraiti, eləcə də Türkiyədəki bir çox universitetlərlə müqavilələrinin olması (ERASMUS, MEVLANA proqramları) diqqətimi daha çox çəkdi. Seçim etdiyimiz Naxçıvan Dövlət Universitetində başqa təhsil ocaqlarında çətin tapıla biləcək imkanlardan biri də tələbələrin müəllimlərlə birbaşa dialoq qurmaq fürsətinin olmasıdır. Nəqliyyatın rahatlığı, təhsilin hər keçən gün daha da yüksək səviyyəyə qaldırılması bizim üçün inamın ən yaxşı ünvanı, qardaş ölkəmiz Azərbaycanın incisi olan “GÖZƏLLİKLƏR DİYARI NAXÇIVAN”ı və Naxçıvanın gözəl insanlarını əvəzedilməz etdi.
Niyə Naxçıvan? Çünki təhlükəsizlik baxımından son dərəcə etibarlı bir yer olan Naxçıvan valideyinlər üçün də əsas seçim nöqtəsidir. İnternet vasitəsilə Naxçıvan Dövlət Universitetinin telefon nömrəsini tapıb xarici tələbələrin təhsil aldığı fakültə ilə əlaqə yaratdıq. İstanbuldan Iğdıra təyyarə, Iğdırdan da Naxçıvana quru yolu ilə 3 tələbə və onların valideynləri ilə birlikdə gəldik. Bununla da çoxdan arzuladığımız qardaşlarımıza qovuşduq. Bu, Araz çayının ayırdığı, araya məsəfələr və manelər qoyulduqdan çox uzun illər sonra bir-biri ilə görüşmək imkanı tapan əsl qardaşların görüşü idi sanki. Maşından düşdüm və diz çökərək qardaş Naxçıvan torpağını öpdüm, havasını, qoxusunu həsrəti yox edərcəsinə dəfələrlə içimə çəkdim və çox təsirləndim. İşğal altındakı Qarabağ torpaqları barədə düşünəndə isə göz yaşlarımı saxlaya bilməyib ağladım. “Rəbbim, bu torpaqları Azərbaycan xalqına və bizə fəth etməyi, geri almağı nəsib et!” – deyə dəfələrlə dua etdim. Belə həsrət dolu emosional bir vəziyyətdə Naxçıvana gəlib çatdıq. Bu şəhərdə çox gözəl qarşılandıq. Əvvəlcə Naxçıvan Dövlət Universitetində olduq, qeydiyyatdan keçib Tibb Fakültəsi ilə tanış olduq. Artıq bu ildən övladlarımız Naxçıvan Dövlət Universitetində təhsil almağa başlayıblar. Oğlumun burada oxumağına çox şadam. Burada xarici tələbələrə necə isti münasibətlə yanaşdıqlarını gördükdən sonra könül rahatlığı ilə ölkəmə qayıtdım...

Ardını oxu...

Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb. Ölkəmizi bu konqresdə “My Travel” şirkətinin icraçı direktoru Elnara Cabbarova təmsil edib.
Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Ardını oxu...

Payız turizm mövsümünün başlaması ilə hər yerdə olduğu kimi, Naxçıvanda da turist axınının artması müşahidə olunur. Xüsusən soyuq Şimal ölkələrinin vətəndaşları bol Günəş, istiqəlbli insanlar görmək, dünyagörüşlərini daha da artırmaq üçün ölkəmizə səyahət etməkdə çox həvəslidirlər. Onlar arasında muxtar respublikamızı seçənlər də az deyil. Ötən həftəsonu Naxçıvana səyahət edən əcnəbilər arasında İsveçrə Konfederasiyası vətəndaşları ­Andre Enqetşuler və xanım İnqrit Kundertlə həmsöhbət olub təəssüratlarını öyrəndik.

Ardını oxu...

İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan “Ərk” qəzetində Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı məqalə dərc olunmuşdur. Həmin məqaləni təqdim edirik. 


Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan, Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsinin formalaşdığı Naxçıvan Muxtar Respublikasında muxtariyyətin yaradılmasının 95 illiyi qeyd olunur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik olmuşdur. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına və 1998-ci il dekabrın 29-da qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasına Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu verildi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkə­mizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Ardını oxu...

Muxtar respublikamızın zəngin turizm ehtiyatlarının istifadəsi onlar əsasında turizm marşrutlarının yaradılması ilə bağlıdır. Bu marşrutlara turistlərin cəlb olunması üçün onların tərtibi, əsaslandırılması və turların təşkili turizmdən arzu etdiyimiz nəticələrə çatmağa imkan verir. Bu nəticələr isə həm turizmdən gözlədiyimiz gəlirlər, həm də xalqımızın dərin milli qonaqpərvərliyinin tanıdılmasıdır. Belə marşrutlardan biri də hazırda muxtar respublikamıza səyahət edən yerli və əcnəbi turistlərdə böyük maraq doğuran Naxçıvan-Badamlı turizm marşrutudur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının özünəməxsus coğrafi zənginliklərə malik olması bu qədim diyarda müxtəlif turizm növlərinin inkişaf etdirilməsinə şərait yaradır. Xüsusilə əzəmətli təbiətin bizə bəxş etdiyi nadir landşaft tipləri, ayrı-ayrı bölgələrin təkrarolunmaz gözəlliyi “şəhərdənkənar turizm”in inkişafı üçün yeni imkanlar açır.

Ardını oxu...

Naxçıvanın təmiz havası, təbii gözəllikləri, gəzməli-görməli yerləri buraya gələn turistlərin sayını ilbəil artırır. Onların bir çoxu səyahətdən aldıqları təəssüratlarını müxtəlif sosial şəbəkələr vasitəsilə bölüşürlər. Bu yaxınlarda “Youtube” sosial şəbəkəsində Naxçıvanla bağlı bir neçə videoya rast gəldim. Paylaşmaların Günəş və Haluk Günay ailəsinə məxsus olduğunu öyrənib, onlarla əlaqə yaratdım. Günəş xanım iyul ayında Türkiyənin İzmir şəhərindən Naxçıvana səyahətə gəldiklərini bildirdi.
Onun yazdıqlarından: “İlk dəfə idi, Naxçıvana gəlirdik. Əslində, uzun bir səyahət planımız var idi. Türkiyənin bir çox şəhərindən keçib İqdıra gəldik və qısa bir yolçuluqdan sonra bu gözəl diyara çatdıq. Yaxşı ki, gəldik, – dedik Naxçıvana ayaq basan andan. Çünki burada türk olduğumuzu bilən hər kəs bizə “Bir millət, iki dövlət”, – dedi gülümsəyərək. Naxçıvana gəlməklə daha nizamlı, daha təmiz və fərqli bir yer gördük. Bir günlüyə gəlmişdik, əvvəlcə 3 gün burada olmaq istədik, buranın möhtəşəm gözəlliklərini gördükdən sonra 8 gün qalmağa qərar verdik. Daha çox qalmaq istəyirdik, lakin maşınımız üçün aldığımız vizanın vaxtı bitirdi. Gəzə bildiyimiz qədər hər yeri gəzməyə çalışdıq. Ordubadda ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsi “Qeysəriyyə”də olduq. Burada bölgənin tarixi haqqında geniş məlumat ala bildik. Bu tarixi şəhərin keçmişdə ticarət və ipəkçilik mərkəzi olduğunu öyrənib çox sevindik. Diqqətimizi ən çox meyvə ağaclarının sərbəst, əlçatan yerlərdə əkilmiş olması çəkdi. İnsanların istədiyimiz qədər meyvə toplayıb yeyə biləcəyimizi söyləmələri bizi təəccübləndirdi, meyvələrin dadını, ləzzətini çox bəyəndik. Ordubad bazarına da getdik. Burada bibərin dənə ilə satıcıya təklif olunması bizə maraqlı gəldi. Əkinçilikdə müxtəlif dərman vasitələrindən istifadə edilməməsi səbəbi ilə uzun zamandır, yemədiyimiz ləzzətli tərəvəz və meyvələrdən daddıq. Ordubadda həyatımızda ilk dəfə ən uzun və yaşlı çinar ağaclarını gördük. Gəmiqaya ətəklərinə qalxmağı çox istədik, ancaq havanın isti olması və yaşımız səbəbi ilə ayaqla çıxa bilmədik. Bizim maşınımızla da ora çıxmaq olmaz, – dedilər. Çox arzulayırdıq ki, oranı görək, amma nə edə bilərdik...
Muxtar respublikanın Culfa, Babək, Şərur, Kəngərli, Sədərək rayonlarına da getdik, Heydərabad qəsəbəsi, Çalxanqala, Qarabağlar kəndlərində olduq. Gülüstan, Fəzlullah Nəimi və Qarabağlar türbələrini, Əlincəqala, Əshabi­-Kəhf, Batabat, Duzdağ kimi məşhur yerləri gəzdik. Bu yerlər möhtəşəmdir, hamı mütləq bircə dəfə də olsa, gəlib Naxçıvanı görməlidir. Getdiyimiz rayon və kəndlərdə diqqətimizi abad yollar, müasir məktəblər çəkdi. Orta təhsil verən məktəblərlə yanaşı, ayrı-ayrı şahmat, musiqi, idman məktəbləri, eləcə də müxtəlif təhsil platformaları onu göstərirdi ki, bu yerlərdə yaxşı oxumaq üçün lazımi şərait yaradılıb.

Ardını oxu...

Naxçıvanın qızmar yay günləri davam etdikcə, qışdakı kimi gecələr isti yorğana bürünüb yatmağı arzulayanlar bunu nağıllarda yox, cəmisi birsaatlıq rahat yolla Küküyə gəlməklə tapa bilərlər. Bu mənada, Şahbuzun dilbər guşəsi Kükü kəndi bu rayonun ən böyük yaşayış məntəqəsindən biri olmaqla bərabər, həm də yay-kamp turizmi üçün də ideal məkanlardan biridir. Son illər buraya istirahət üçün gələnlərin marağının artması, yerli əhalidə turistlərin yerləşdirilməsi üçün hosteltipli evlərin yaradılması və kənd infrastrukturunun buna çox əlverişli olması belə deməyə əsas verir.

Kükünün təbiəti çox rəngarəng və bənzərsizdir. Bir çoxlarının nəzərində Kükü kəndi dağ boyda qayaların üzük qaşı kimi səf çəkdiyi zirvələri ilə yadda qalsa da, burada digər təbii cazibə elementləri istənilən qədərdir. Həm də ilin dörd fəslində. Küküdə yazın ilk ilıq nəfəsi duyulduqca sürətlə canlanıb boy atan yaşıl təbiət payız girənə qədər öz təravətini saxlayır. Qabaqlıdan Qanlıgölədək güneylə quzeyin bir-birini əvəzlədiyi sıra dağların döşündəki laləli-nərgizli təpələr insanın ruhunu oxşamaqla küsülüləri də barışdırır. Naxçıvançayın ən böyük qolu olan Kükü çayı Gurbulaqdan xan Arazadək uzun yolçuluğuna məhz buradan bu gözəlliyin çeşnisinə mavi rəng qatır. Xülasə, Küküdən danışanda, sanki nənəsinin danışdığı sehrli nağılın ovsunundan bir anda oyanıb onu qucaqlayan bal nəvələrin arzularının çiçək açdığı cənnət guşəsi yada düşür.

Ardını oxu...

Bərəkətli torpağı, saf suyu, təmiz havası, bol Günəşi və füsunkar təbiəti olan Naxçıvan bu qədim diyara üz tutan hər kəsi heyran edir. Xüsusən də son illərdə muxtar respublikada turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi olaraq buraya səfər edən turistlərin sayı ildən-ilə daha da artır. Naxçıvana səfər edən hər bir turist burada tarixilik və müasirliyin vəhdətinə valeh olur.
Turistlər həm də informasiya təbliğatçılarıdır. Muxtar respublikaya üz tutan hər bir xarici ölkə vətəndaşı sosial şəbəkələr vasitəsilə Naxçıvanın gəzməli-görməli yerlərində çəkdikləri şəkilləri paylaşır, daha geniş auditoriyada müzakirələr aparır və gəzdikləri yerləri daha çox insanın tanımasına, maraq göstərməsinə səbəb olur. Digər tərəfdən, muxtar respublikaya gələn turistlər öz ölkələrinə qayıtdıqdan sonra ətraflarındakı insanlara Naxçıvan haqqında təəssüratlarını danışmaqla yurdumuzun gözəlliklərini təbliğ edirlər.
Naxçıvana səfər edən Türkiyə Cümhuriyyətinin vətəndaşı Bekir Şenyıldızın dediyinə görə, muxtar respublikamıza gəlməsinin əsas səbəbi məhz sosial şəbəkələrdə və tele­viziyalarda bu qədim diyar haqqında gördüyü məlumatlardır.
Qonağımızın burada olduğu günlər mənim məzuniyyət vaxtıma təsadüf etdiyindən ona bələdçilik etmək, gəzməli-görməli yerlərə birlikdə getmək imkanım oldu. Doğma yurd yerini onunla birlikdə bir daha kəşf etmək, gedəcəyimiz yerlər haqqında əvvəlcədən məlumat vermək məni daha çox sevindirirdi. Türkiyəli turistimizin muxtar respublika haqqında öyrəndiyi məlumatları daha da genişləndirmək istəyini nəzərə alaraq ilk olaraq muzeylərimizə üz tutduq. Daha sonra Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, “Əlincəqala” tarixi abidəsi və muzeyi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və digər yerlərdə olduq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürməsi kimi mühüm əhəmiyyətliliyi ilə seçilir və artıq öz bəhrələrini verməkdədir.
“Şərq qapısı” qəzetinin də muxtar respublikada investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncənin və ən yaxşı layihələrin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə xidmət edən “Startap Naxçıvan” hərəkatında fəal iştirak etməsi üçün “Mətbu startap layihələri” adlı yeni rubrika yaratdıq. Bu rubrikada startapla bağlı biliklərin, innovativ mühitin formalaşmasına və inkişafına xidmət edəcək modern təkliflər toplusundan ibarət məqalələr dərc olunacaq.

Zəngin tarixi və mədəni irsi, nadir təbiət və memarlıq abidələri, müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvan Muxtar Respublikasında turizmin inkişafını şərtləndirən əsas amillərdir. Ötən dövrdə müxtəlif dövlət proqramlarının uğurlu icrası, o cümlədən həyata keçirilən mühüm infrastruktur tədbirləri muxtar respublikada bu sahənin inkişafına əlverişli şərait yaradıb.

Ardını oxu...

24-26 iyul tarixlərində İspaniya vətəndaşı, arxeoloq Rodriguez Oscar Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Ölkəsinə qayıtdıqdan sonra o, “Tripadvisor” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası barədə aşağıdakı məlumatı paylaşmışdır.

Naxçıvan Qafqazın gözəl, gizli bir guşəsidir. Bura səfər etsəniz, türk və islam mədəniyyətlərini özündə birləşdirən abidələr, zəngin mətbəx, qonaqpərvər insanlar və əsrarəngiz təbiət mənzərələri ilə rastlaşa bilərsiniz. Kaşı və kərpiclə bəzədilmiş türk-islam mədəniyyəti abidələri ilə tanışlığımız inanılmaz dərəcədə gözəl keçdi. Bir arxeoloq və tarixçi olaraq deyə bilərəm ki, I-IV əsrə aid olan məşhur Əlincəqalaya səfərim çox yaddaqalan oldu. Ərazidəki dağların, təpələrin, qaya birləşmələrinin və Araz çayının yaşıl vadisinin inanılmaz mənzərəsi insanı valeh edir. Azərbaycana səfər edərkən iki və ya üç gün Naxçıvanda qalmağınızı tövsiyə edirəm. Xatırladım ki, Bakı ilə yanaşı, İstanbul və Moskvadan da Naxçıvana səfər etmək mümkündür.

Yazının sərlövhəsi sizdə su haqqında danışacağım qənaətini yaratsa da, bu, belə deyil. Burada bir udum suyun – “Sirab”ın sorağı ilə Naxçıvana yol alan gənc amerikalının qədim tarixi diyar haqqında təəssüratlarından söhbət açacağam.
Gənc ingilis dili müəllimi Mattehev Patyyla Naxçıvan Turizm Mərkəzində həmsöhbət oluruq. Onun dedikləri maraqlıdır: – Bakıda qonaq idim. Qədim paytaxtınızı gəzib dolaşanda restoranlardan birində su içdim və suyun harada istehsal olunduğu ilə maraqlandım. Öyrəndim ki, bu su Naxçıvan Muxtar Respublikasına məxsusdur. Onu da dedilər ki, təbii və mineral suyu olan bulaqlarına görə Naxçıvan dünyada diqqəti cəlb edən bir diyardır. Elə bu səbəbdən də buranı mineral suların təbii muzeyi adlandırırlar. Ərazisində 250-dən artıq mineral su mənbəyi var.
Mən tarixi yerləri çox sevirəm. Ona görə də belə gözəl diyarlara tez-tez səyahətə çıxıram. Bulaqlar, müalicəvi sular, yeraltı sərvətlər, gözəl dağlar, möcüzəvi yerlər, qədim abidələr – nə yoxdur, Naxçıvanda? Buraya gəlişimdə məqsədim həm də qədim diyarın tarixi abidələri ilə tanış olmaq idi. İlk olaraq Nuhun məzarüstü türbəsini, Naxçıvan­qalanı, Duzdağdakı mağaraları, Əshabi­-Kəhfi, Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatının vəfatından sonra onun şərəfinə ucaldılan türbəsini ziyarət etdim. Bu gün türbə Azərbaycan qadınına verilən yüksək dəyərin simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Möminə xatın türbəsini ziyarət edəndə öyrəndim ki, həmin abidə tək deyil. Quti xatının şərəfinə ucaldılan Qarabağlar Türbə Kompleksi də var. Mən oranın da seyrinə çıxdım. Əsrlər öncə ucaldılan bu abidənin gözəlliyi insanı valeh edir. Buranı Hindistanda yerləşən Tac-Mahala bənzətdim. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa etdirilib. Naxçıvandakı hər iki məqbərə bu xalqa, qadınını və anasını belə yüksək qiymətləndirən azərbaycanlılara hörmət hissini artırır. Diqqətçəkən məqamlardan biri də yüz illər öncə tikilən bu abidələrin yüksək səviyyədə qorunub saxlanılmasıdır. Tarixə dəyər verənlər dövrünün qurucu şəxsiyyətləri kimi adlarını tarixə yazaraq yaşayırlar.

Ardını oxu...

Muxtar respublikamızın müasir sosial-iqtisadi inkişaf istiqamətləri arasında turizm özünün cazibədarlığı və regional inkişafa verdiyi töhfələri ilə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvanın zəngin turizm ehtiyatları əsasında formalaşan regional turizm bazarının mövcud vəziyyəti və onun daha da inkişafı maraqdoğuran məsələlərdəndir. Belə ki, məhz genişlənməkdə olan turizm bazarı vasitəsilə mövcud ehtiyatlardan səmərəli istifadəyə və bu sahə üzrə dayanıqlı inkişafa nail olmaq mümkündür.

Turizm çox sayda əsas və əlavə xidmətlərin göstərilməsi ilə mümkün olan bir servis sahəsidir. Turizm bazarı isə bu servislərin alınıb-­satıldığı məkan kimi ölkə və regional xüsusiyyətlərə malikdir. Əgər dünya üzrə buradakı vəziyyətə qısa nəzər salsaq, 2001-ci ildən ölkəmizin də üzvü olduğu Ümumdünya Turizm Təşkilatının son məlumatına görə, 1 milyard 326 milyon turistə göstərilən xidmətlər nəticəsində əldə olunmuş 1 trilyon 340 milyard ABŞ dolları həcmində gəlirlərin məhz dünya turizm bazarında göstərilən çoxşaxəli turizm xidmətləri hesabına formalaşdığını görə bilərik.
Muxtar respublikamız ölkəmizin mühüm turizm destinasiyalarından biri kimi yerli və əcnəbi turistlərin həmişə maraq göstərdiyi bir məkandır. Keçmiş sovetlər dövründə sərhədyanı bir region kimi Naxçıvan xarici turistlərin üzünə bağlı olsa da, indi muxtar respublikaya gəliş-gediş sərbəst və rahatdır. İl ərzində 400 min nəfərə yaxın turistin səyahət etdiyi Naxçıvan artıq mühüm iş­güzar görüşlərin keçirildiyi məkan, tanışlıq­-dərketmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədli səyahətlər üzrə sərfəli destinasiya, minilliyin qlobal çağırışları arasında mühüm yer tutan sosial turizm üzrə mühüm imic qazanmış bir diyar kimi tanınmağa başlayıb.

Ardını oxu...

Bu gün hər qarışına vurulan yeni naxışların ecazkarlığı insanların mənəvi dünyasına sirayət edən, tarixi minilliklərlə ölçülən qədim Naxçıvan torpağının gözəlliyi buraya qədəm qoyan hər kəsi heyran edir. Tarixlərin yadigarı olan yurdumuza səfər edənlər buraya yenidən gəlmək, bu gözəl diyarı təkrar-təkrar seyr etmək istəyir. Hər gələn qonaq öz elinə-obasına qayıdanda Qafqazda Naxçıvan adlı gözəl, qədim, ən əsası isə səmimi insanları olan bir igidlər yurdu var, – deyir. Günü-gündən gözəlləşən, tarixindən əzəmət, məğrurluq yağan doğma diyarımızda turistlər qonaqpərvərliklə qarşılanır, yüksək səviyyəli xidmətin, mehriban münasibətin şahidi olurlar.  Qədim abidələri, zəngin və təkrarolunmaz təbiəti, iqlimi, müalicəvi suları, flora və faunası, bənzərsiz sənət növləri ilə məşğul olan insanların çoxluğu bu diyarı turizmin inkişafı üçün əlverişli məkana çevirib.

Əlbəttə ki, hər kəs kimi, dünyaya göz açdığımız torpaq bizim üçün də əzizdir. Bir insan, Vətənini sevən bir vətəndaş üçün onun doğma yurdu, torpağı haqqında xoş sözlərin deyilməsi, ecazkar təbiəti, tarixiliyi, həm də möhtəşəm inkişafı haqqında fikirləri əcnəbi qonaqların dilindən eşitmək fəxarət hissi doğurur. Yaxın günlərdə təsadüf nəticəsində Asiya qitəsindən – Hindistandan buraya qonaq gələn ailə ilə tanışlığımız zamanı bu fəxarət hissini bir daha yaşadıq. “Qafqaz Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə yurdumuza təşrif gətirən qonaqlarla Naxçıvan Turizm İnformasiya Mərkəzində görüşdük.

Ardını oxu...

Mühüm həyat səviyyəsi göstəricisi olan turizmin inkişafına Naxçıvan Muxtar Respublikasında ciddi diqqət yetirilir. Turizmin inkişaf məsələləri bütün dövrlər üçün aktual və kifayət qədər çətin olub. Burada müasir turistlərin tələbatlarının düzgün qiymətləndirilməsindən tutmuş mürəkkəb beynəlxalq vəziyyətə görə qərarlar qəbul edilməsinədək hər cür məsələlər vardır. Lakin təcrübə göstərir ki, cəlbedici turizm marşrutlarının yaradılması bu sahədəki işlərin həllinə həmişə təkan verir.

Muxtar respublikamızda həm yerli, həm də əcnəbi turistlərin marağını cəlb edəcək xeyli sayda turizm marşrutları vardır. Bu gün diyarımızda mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi­-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərindəki turizm marşrutları boyunca səyahət və xidmətlər turistlər tərəfindən maraqla qarşılanır. Ancaq perspektivdə bu marşrutların sayının daha da artırılması və bu istiqamətlərdə satışa çıxarılan yollayışların turistlərə təqdim olunması da mümkündür. Belə ki, Naxçıvan-Nehrəm, Naxçıvan-Nəhəcir və Naxçıvan-Sədərək kimi perspektiv marşrutlar da indidən turistlərin marağını cəlb etməkdədir.

Ardını oxu...

18-20 iyun tarixlərdə İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının “II Səhiyyə Turizmi Konfransı və Sərgisi” keçirilib.
Təşkilata üzv 10 ölkə­dən, o cümlədən üzv olmayan Oman, Rusiya və İraqdan olan nümayəndələr, habelə İrandakı bir sıra diplomatik nümayəndəliklərin və xarici qeyri­-hökumət təşkilatlarının təmsilçilərinin təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov da iştirak etmişdir.
İran İslam Respublikasının Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin beynəlxalq məsələlər üzrə müavini, konfransın icraçı katibi Məhəmmədrza Kərbasi tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat vermiş, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında səhiyyə turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından danışmışdır.
Baş konsul Əliyənnağı Hüseynov Ərdəbil valisi, şəhər bələdiyyəsinin sədri, Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri, İranın Xarici İşlər Nazirliyinin Ərdəbil vilayətindəki nümayəndəliyinin rəhbəri ilə görüşmüş, qarşılıqlı maraqdoğuran bir sıra məsələlər müzakirə edilmişdir. Baş konsul ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında səhiyyə turizmi sahəsində təbii resursların və geniş imkanların mövcud olduğunu bildirmiş, Duzdağ Fizioterapiya Mərkəzinin bu baxımdan əhəmiyyətini vurğulamışdır.
Sərgidə Naxçıvan Muxtar Respublikasının turizm bölgələri və mineral sularına dair təbliğat materialları nümayiş etdirilmiş və sərgi iştirakçılarına paylanmışdır.

“Şərq qapısı”

Cəmiyyətin inkişaf imperativləri arasında, heç şübhəsiz, iqtisadi və sosial həyatda köklü dəyişikliklərə səbəb olan mütərəqqi innovasiyaların mühüm rolu vardır. Xüsusən iqtisadiyyatda, müxtəlif istehsal və xidmət sahələrində irəli sürülən sadə innovativ ideyaların genişlənərək mədəni tələbatların ödənilməsi vasitəsinə çevrilməsi, milyardlarla dollar gəlir gətirərək minlərlə yeni iş yeri yaratması belə layihələrə olan diqqəti də artırır. Əvvəlki biznes ideyalarından bəhrələnən, lakin məzmunca tama­milə yeni fikir və yanaşmanın məhsulu olan startap layihələri də, bu mənada, gələcəkdə innovativ ideyaları körükləyən, bu gün isə yaradıcı gəncliyin potensialını ortaya çıxaran uğurlu başlanğıc yoludur. 

Ancaq uğurlu biznesə gedən yolda atılan hər yeni addım, mütləq mənada, gələcəyin parlaq ulduzu ola bilmək deyil. Tarixi təcrübə göstərir ki, insan düşüncəsinin kiçik bir qığılcımı bəzən, son nəticədə, elə böyük və gur işıqla yolumuzu aydınladır ki, sonradan bu fikir sahibinin, yəni bir startapçının yeniyetmə bir gənc olduğuna inanmağın gəlmir. Bu mənada, müasir dövrün çağırışlarına cavab verib, gəncliyin sağlam və yaradıcı böyüməsinə xidmət edən belə layihələrin stimullaşdırıcı impulslarına heç bir şübhə yoxdur. Ona görə də ölkəmizdə və muxtar respublikamızda startapçı düşüncəsi ilə hansısa yeni bir yaradıcı ideya ortaya qoyan bugünkü gəncləri sabahın islahatçı innovatorları kimi ərsəyə gətirmək istər təhsil qurumlarının, istər hami təşkilatların və eləcə də bütün cəmiyyətin vəzifəsi olaraq qarşıya qoyulub. Çünki startapçı kimi bir araya gəlib, “beyin fırtınası” yolu ilə “başsındıran” bugünkü kövrək gənclərin sabahın qətiyyətli ekspertlərinə çevrilməsi üçün onlara özlərini sübut etməyə imkan verən geniş meydan yaradılması da cəmiyyətin digər bir sosial sifarişi kimi öz zərurətini göstərir. Çünki yalnız yenilənmə ilə öz inkişafına qovuşa bilən istənilən cəmiyyətdə köhnə, ətalətli sistem ünsürlərindən qurtulmağın tək yolu da belə islahatlardan keçir.

Ardını oxu...

Qarşıdan isti yay günləri gəlir. Belə havalarda kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. Uzaq məkanlara səyahətə çıxanlarla müqayisədə cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də az deyil. Bu mənada, muxtar respublikamızda kənd sakinlərinə məxsus hosteltipli evlərin sayının artması kənd turizminin inkişafı üçün yaxşı imkanlar açır. Dağ kəndlərimizdəki bu cür yaraşıqlı evlər isti yay günlərində turistlərin rahatlığı üçün mühüm şərtlərdən biridir.
Turistlərin mədəni istirahəti üçün yerləşmə imkanları, burada yaradılmış müasir şərait vacib tələbatlardandır. Belə ki, turizm haqqında primitiv təsəvvürlərin əksinə olaraq turistlərin təkcə rekreasiya və mədəni tələbatlarından əlavə, həm də zəruri yataq və digər məişət şəraitinə olan ehtiyacları da ödənilməlidir. Bunun üçün şəhərdə iri, komfortlu otellər vardırsa, kənddə bunun əksinə olaraq rahat şəraiti olan kənd evi, yaxud da evin bağçasındakı kottec də kifayət edir. Təcrübə göstərir ki, kəndə gələn qonaqların bir çoxunun belə evləri seçməyinin əsas səbəbi də burada qalmağın daha sərfəli olmasıdır. Odur ki, istirahət və rekreasiya­ya tələbatın artdığı bir dövrdə muxtar respublikamızda, xüsusən yay aylarında insanların istirahət məqsədilə üz tutduğu Şahbuz və Ordubadın dağ kəndlərindəki hostellərə maraq da artır.

Ardını oxu...

4-7 may tarixlərdə Amerika Birləşmiş Ştatlarının vətəndaşları Lillie Echevarria və Kazi Vaqar Ahmed Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Onlar internet saytlarında ­və sosial şəbəkələrdə Naxçıvan səfərlərindən ­yazıblar.
Möminə xatın türbəsi və Əshabi-Kəhf haqqında fikirlərini paylaşan Lillie Echevarria qeyd edib ki: “Möminə xatın türbəsi Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz tərəfindən həyat yoldaşı Möminə xatının məzarı üstündə ucaldılıb. Abidənin üzərində “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar” sözləri yazılıb. Əshabi-Kəhf ziyarətgahı isə Naxçıvan şəhərinin şərq hissəsində yerləşən təbii mağaradır. Qədim dövrlərdən bəri Əshabi-Kəhf müqəddəs ziyarətgah kimi qəbul edilib. Bu yer təkcə Naxçıvan Muxtar Respublikasında deyil, Azərbaycanın digər rayonları və Yaxın Şərqdə də müqəddəs yer hesab olunur. Hər il on minlərlə insan bu ziyarətgaha səfər edir”.
Kazi Vaqar Ahmed isə Naxçıvan barədə daha geniş bəhs edir: “Naxçıvan Azərbaycanın ən mühüm tarixi ərazilərindəndir. Buranı mütləq görməlisiniz. Muxtar respublika İran, Türkiyə və Ermənistanla sərhəddir. Qədim abidələri, zirvələri qarla örtülü dağları, bütün İslam və xristian dünyası üçün mühüm əhəmiyyətli dini əraziləri ilə məşhurdur. Bakıdan Naxçıvana Azərbaycan Hava Yollarının təyyarələri ilə gündəlik 4 uçuş həyata keçirilir. Uçuşların müddəti 1 saatdır. Naxçıvan şəhərində gözəl “Təbriz” oteli fəaliyyət göstərir. Bu otel turistlərə bütün imkanları olan təmiz otaqlar, sürətli internet və səhər yeməyi təklif edir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti aprel ayında fəaliyyətini qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində qurub. Bu dövrdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otel­çilik ixtisasları üzrə III kurs tələbələrinin 15 aprel 2019-cu il tarixdən mehmanxanalarda istehsalat təcrübəsi keçmələri təşkil olunub.
“İdeyadan başlanğıca” devizi altında layihələrin qəbul edilməsi məqsədilə Turizm Departamentində ekspert qrupu yaradılıb. Aprelin 30-da Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otel­çilik ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Ardını oxu...

    

Naxçıvan Türkiyə ilə sərhəddə yerləşən muxtar respublikadır. Mən Naxçıvana ilk dəfə 1998-ci ildə getmişdim. Həmin dövrlərdə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin prospekt və küçələri indiki kimi deyildi. Elektrik enerjisi də yox idi. Şəhər daha çox kəndi xatırladırdı. İndi isə Naxçıvan şəhəri keçmişlə müqayisə edilə bilməz. Bugünkü Naxçıvana getdiyiniz zaman gömrük-keçid məntəqəsindən başlayaraq bir Avropa şəhərinə doğru yol aldığınızı hiss edirsiniz.

Ardını oxu...

Aprelin 23-də Bakı şəhərində 2019-cu ildə Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu keçirilib və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyası öz işinə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və Duzdağ Hotelin icraçı direktoru Novruz Novruzov iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Ardını oxu...

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək muxtar respublikamızda turizmin inkişafı sahəsində görülən məqsədyönlü tədbirlərdən ətraflı söhbət açıb.
Bildirilib ki, füsunkar təbiətə malik Şahbuz rayonunun Kükü kəndi turizm həvəskarları üçün gözəl istirahət məkanıdır. Yaradılmış şərait, xidmət sahələri ilə yanaşı, təbii şərait də kənd yerlərinə getdikcə daha çox turist cəlb edir. Bu baxımdan Ağbulaq kəndi də kənd turizmi üçün əlverişli şəraitə malik olduğuna görə burada mühüm tədbirlər həyata keçirilir. 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi kənddə həmin ildən turizmin inkişafına şərait yaradıb. Gələcəkdə Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi ilin bütün fəsillərində burada turistlərin istirahətlərinin təşkilinə şərait yaradacaqdır.
Ağbulaq və Kükü kəndlərində əhali arasında maarifləndirmə işi aparılıb, evlərə baxış keçirilərək turizm mövsümü ərzində turist qəbul edə biləcək və gələcəkdə hostel kimi istifadə edilə biləcək evlər müəyyənləşdirilib. Hostellərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Dövlət Standartlarına uyğun olaraq aparılıb. Qanunvericiliyə uyğun olaraq sertifikat və VÖEN hazırlanıb. Həmçinin hostellərin fotoşəkilləri çəkilib, məlumatlar toplanaraq komplektləşdirilib. Bununla bağlı Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb. Departamentin sədri yaradılmış şəraitə, turizmin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Ardını oxu...

Səudiyyə Ərəbistanı Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının “arabtourist.net” və “ac4mt.net” internet saytlarında Naxçıvan Muxtar Respublikası haqqında ərəb dilində məlumat yerləşdirilmiş, Naxçıvan şəhərinin və muxtar respublikanın təbiət mənzərələrini əks etdirən fotoşəkillər paylaşılmışdır.

Ardını oxu...

Rusiyanın “Mədəniyyət” televiziyasının Azərbaycan elmi haqqında hazırladığı filmin çəkilişlərinin bir hissəsi muxtar respublikada aparılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları verilişin çəkiliş prosesini izləyiblər.
Muxtar respublikada çəkilişlərinə aprelin 6-dan başlanılan verilişin redaktoru Marina Orlova, rejissoru Aleksey Jukov, kinooperatoru isə Maksim Xəlilovdur. İlk gün Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Gülüstan türbəsində çəkilişlər aparılıb. Aprelin 7-də isə çəkiliş heyəti Qarabağlar Türbə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar. Tarixi abidələrdə çəkiliş aparan televiziyanın əməkdaşlarına muxtar respublikanın qədim tarixi və adət-ənənələri haqqında ətraflı məlumat verilib.
Çəkilişlər zamanı muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin elmi tarixi əsaslarla bərpa və təmir edilməsi önə çəkilib.

Ardını oxu...

Azərbaycan barədə bələdçi kitabının müəllifi Mark Elliott Böyük Britaniyada nəşr olunan “Wanderlust” jurnalında Azərbaycanın turizm potensialını təbliğ edən “Bakıdan kənara səfər etmək üçün ən yaxşı yerlər” sərlövhəli məqalə yerləşdirmişdir. Məqalədə Azərbaycan Respublikasının ərazisində olan 6 mühüm ərazi haqqında məlumat verilir ki, həmin ərazilərdən də 3-ü Naxçıvan Muxtar Respublikasındadır. Məqalədən həmin hissələri təqdim edirik.

Naxçıvan Muxtar Respublikası

Azərbaycan Respublikasından ayrı düşmüş Naxçıvanda çoxlu sayda görməli, maraqlı yerlər var. Tarixi 1186-cı ilə aid olan və oyulmuş daşlardan tikilmiş qüllətipli Möminə xatın türbəsi çox gözəldir. Həmçinin Naxçıvanda içərisində gecələməklə astma xəstəliyinin müalicəsi üçün istifadə olunan duz mədəni var. Ordubadın gözəl və yaşıl kəndlərində yerli əhali bahalı, həddindən artıq az şirinli və ləzzətli limonlar yetişdirir.

Ardını oxu...

Turizm inkişaf etmiş ölkələrdə iqtisadiyyatın mühüm sahələrindən biri olub əhali məşğulluğunun təmin edilməsində əsas rol oynayır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqətdə saxlanılır, yeni xidmət sahələri yaradılır, infrastruktur yenilənir.
Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Qədim dövrlərin yadigarı olan tarixi abidələr – Möminə xatın, Qarabağlar, Gülüstan türbələri, insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlubedilməzliyinin simvolu olan Əlincəqala, misilsiz təbiət ­abidələrindən Göygöl, Batabat, ­“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır.
Son dövrlər muxtar respublikada geniş vüsət almış tikinti-quruculuq işləri, müasir avtomobil yollarının salınması, beynəlxalq standartlara cavab verən mehmanxanalar, müasir əyləncə və iaşə obyektləri, tənəffüs yolları xəstəlikləri və dəri xəstəlikləri üçün nadir müalicəvi əhəmiyyəti olan Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası turizmin inkişafını sürətləndirib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otel­çilik ixtisaslarının açılması, İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, yeni beynəlxalq marşrutların təşkili turizmin inkişafına əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın, “Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlı­lığını təmin edib.

Ardını oxu...

Türkiyə Dağçılıq Federasiyasının 13 nəfər üzvü Xocalı soyqırımının ildönümü münasibətilə bu il fevralın 25-də Haçadağa yürüş etmişdir. Qrup üzvlərindən həvəskar dağçı Səlma Güvən ölkəsinə qayıtdıqdan sonra guncelkadin.com.tr saytında “Zamanın durdurulduğu Qaf Dağı ölkəsi... Naxçıvan Muxtar Respublikası” sərlövhəli məqalə yazmışdır. Həmin məqaləni təqdim edirik. 

Bugünkü yazımda sizə Naxçıvandan səslənirəm. Paytaxtı Naxçıvan şəhəri olan Naxçıvan Muxtar Respublikası Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından ibarətdir. Naxçıvan ilə Türkiyə arasındakı quru yol Türkiyə tərəfindən İqdır-Dilucu, Naxçıvan tərəfindən isə Sədərək gömrük-keçid məntəqəsi ilə həyata keçirilir. Həmçinin həftənin üç günü Naxçıvan-­İstanbul-Naxçıvan təyyarə reysləri olur.
Sahəsi 5,5 min kvadratkilometr olan Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisinin 6,3 faizini əhatə edir. Demək olar ki, dağlıq quruluşa malikdir. Zəngin mineral suları və duz mədənləri vardır.
Naxçıvan səfərim son anda qərar verdiyim bir dağçılıq turu idi. Məqsədimiz Naxçıvanda müqəddəs hesab edilən və Nuhun gəmisinin toxunduğu Haçadağa dırmanmaq və Xocalı şəhidlərini anmaq idi. Ötən il getmədiyim üçün bu arzu ürəyimdə qalmışdı.

Ardını oxu...

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına verilən diqqət və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan konkret addımlar bu sahədə mühüm əhəmiyyətə malik olan turizmin də müxtəlif növ və formalarının inkişaf etdirilməsini ön plana çəkir. Bu məqsədlə bütün dünyada olduğu kimi, ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizm-rekreasiya sənayesinin sürətli inkişafı üçün əlverişli və komfort şəraitə malik olan yeni ərazilərin tədqiqi və buradakı mövcud şərtlərin rekreasiya qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Bu baxımdan Şahbuz rayonunun Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi üzrə aparılan təhlil də burada həyata keçirilən turizm fəaliyyəti üçün kompleks elmi nəticə əldə edilməsi məqsədi daşıyır.

Təbii ehtiyatlardan, xüsusən onların turizm məqsədilə istifadə olunmasında mövcud potensialın qiymətləndirilməsi həyata keçirilən tədbirlərin ilk mərhələsidir. Bu məsələdə ilk olaraq coğrafi əlamətlərə görə aparılan qiymətləndirmə nəzərdə tutulsa da, daha sonra iqtisadi, ekoloji və demoqrafik-sosioloji faktorların da nəzərə alınması ilə aparılan təhlil ərazinin rekreasiya spesifikasının açılması və onun turizm-ekskursiya fəaliyyətinə yararlığının öyrənilməsi baxımından əhəmiyyətlidir. Burada əldə olunacaq nəticə istənilən ərazidə, xüsusən təbii ekosistemi daha həssas olan bölgələrdə dayanıqlı turizm fəaliyyətinin təşkili üçün çıxış nöqtəsi ola bilər.

Ardını oxu...

Zəngin tarixi-mədəni irsi, mineral bulaqları, nadir təbiət və qədim memarlıq abidələri, özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik olan yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Yüksək turizm potensialına malik olan muxtar respublikada dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bu sahədə davamlı inkişafa nail olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaratmışdır.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dünyanın bir çox ölkələrində turizmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda da turizmin inkişafı sahəsində tədbirlər görülür. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub və müvafiq qurum yaradılıb. Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır”.

Ardını oxu...

Böyük Britaniya vətəndaşı Alan Amosun təşəbbüsü ilə Londonda nəşr olunan “Wanderlust” jurnalının yanvar sayının 69-cu səhifəsində Naxçıvan Muxtar Respublikası barədə “Unudulmuş bir ərazini yenidən kəşf edin” başlıqlı məqalə dərc edilmişdir.
Məqalədə qeyd olunur ki, dünyada elə ərazilər var ki, səyahətçilər həmin yerləri, sadəcə, görmürlər. Həmin ərazilər böyük millətlərin cəhdləri, ərazi mübadiləsi və hər iki tərəfin asanlıqla nail olduqları sövdələşmə nəticəsində ayrı salınmışdır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan coğrafi cəhətdən başqa dövlətlərin əhatəsində qalan belə yerlərdəndir. Bura Osmanlı İmperiyasının tabeliyinə keçmiş və 1990-cı ildə kommunist əsarətindən azad olunana qədər Sovetlər Birliyinin tərkibində olmuşdur. Naxçıvanı qədim tarixi məkan kimi tanıyan Regent Holidays şirkəti bu diyara səyahətlər təklif edir. Səyahətə Nuh Peyğəmbərin məzarüstü türbəsi, qədim duz mədənlərində yaradılmış sanatoriyalar və orta əsr abidələri daxildir. Səyahətçilər Batabatdan başlayaraq gün ərzində Alp çəmənliklərini, üzən adaları və müqəddəs “Qurani-Kərim”də 7 nəfərin sığındığı qeyd olunan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini görə bilərlər. Əsas məsələ bu torpağa ayaq basmaqdır.
Qeyd edək ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət və macəra jurnalı “Wanderlust” 1993-cü ildə yaradılıb. Müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş jurnalın dünyanın müxtəlif ölkələrindən milyonlarla oxucusu vardır.

Təbii sərvətlərlə zəngin olan muxtar respublikamızda son illər həyata keçirilən məqsədyönlü tədbirlər hesabına diyarımızın florası xeyli genişlənib. Bunun nəticəsidir ki, əgər 20-25 il əvvəl muxtar respublikamızda yaşıllıq sahələri 0,6 faiz təşkil edirdisə, bu gün həmin rəqəm 14 faizə yüksəlib. 

Ardını oxu...

Turizm hazırda dünya iqtisadiyyatında mühüm yerlərdən birini tutur. XX əsrin sonlarından başlayaraq inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişikliklərinin baş verməsi onun növlərinin artmasına da imkan verib. Məhz idman turizmi anlayışı da bu dəyişikliklərin bir nəticəsi kimi ortaya çıxıb. Söhbət burada idmanın turizmlə əlaqələndirilməsindən gedir. Bəs hazırda bu əlaqələndirməyə nə qədər ehtiyac var?  

Son illərin təcrübəsi göstərir ki, turizm daim yenilikləri özünə cəlb edən sahədir. Bu sahənin inkişafı o zaman təmin olunur ki, kütləvi maraqları cəlb edə bilsin. Son dövrlərdə dünya turizm bazarının idarəçiləri o qənaətdədirlər ki, zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verirlər. Bu isə, nəticədə, idman turizminin ayrı-ayrı növlərinin inkişaf etdirilməsini zəruri edir. Çox zaman “ekstremal turizm” adlandırılan bu sahə özündə müəyyən riskləri daşısa da, nəticə etibarilə, çoxları üçün əsrarəngiz bir istirahətdir. Buna görədir ki, hazırda dünya turizm bazarının 10 faizi ekstremal turizmin payına düşür. Belə bir mövzuya müraciət etməyimizin səbəbi də Naxçıvan Muxtar Respublikasında bu turizm sahəsinin böyük potensiala malik olmasıdır.

Ardını oxu...

Gündən-günə çiçəklənən, böyük nailiyyətlərə imza atan qədim Naxçıvanda turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahənin inkişafına göstərilən diqqət və qayğının növbəti ifadəsidir. 

Turizm ehtiyatlarımızın gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfə

Həmin sərəncama əsasən muxtar respublikanın füsunkar bölgələrindən biri olan Şahbuz rayonunda yaradılan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi kənd turizminin inkişafını daha da sürətləndirib ona yeni çalarlar qatacaqdır. Dövlət sənədində qeyd olunduğu kimi əlverişli təbii-­coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Ağbulaq kəndi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb, Ağbulaq İstirahət Mərkəzi yaradılıb. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülüb, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilib.

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR