22 Dekabr 2024, Bazar

Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli mətbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.

Viza qaydaları, valyuta, nəqliyyat sistemi, ölkənin iqlimi, tətil və bayram günləri haqda ətraflı informasiyalar yerləşdirilən səhifənin sonunda Rusiyadan olan məşhur bloqqerlərin Azərbaycana dair təəssüratlarına da yer verilib.

Həmçinin səhifəyə keçidləri çoxaltmaq məqsədilə rəqəmsal sferada xüsusi reklam bannerlərinin yerləşdirilməsi işlərinə başlanılıb.

Gündəlik 67 min ziyarətçi sayı olan “Profi+travel” onlayn portalının əsas funksiyası müxtəlif ölkələrin turizm məhsullarının tanıdılmasını həyata keçirmək və partnyorlarla biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir.

Bundan əlavə, portal vasitəsilə turizm destinasiya və məhsulları turizm mütəxəssisləri arasında B2B (Biznesdən-biznesə) və B2C (Biznesdən-müştəriyə) formatlarında təbliğ olunur.

Səhifəyə keçid etmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.tourister.ru/azerbaidjan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR