26 Aprel 2024, Cümə

İyunun 10-da Ordubad rayonunun Çənnəb kəndində rayonun ətraf Düylün, Üstüpü və Məzrə kəndləri ictimaiyyətinin iştirakı ilə kənd turizminin inkişafı mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev kənd turizminin mahiyyətindən danışaraq keçirilən tədbirin əhəmiyyətini qeyd edib.
“Çənnəb, Üstüpü və Düylün kənd­lərinin turizm potensialı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev muxtar respublikamızın kənd yaşıl turizmi potensialının istifadə imkanları haqqında danışıb. Bildirilib ki, öz füsunkar təbiəti, qədim adət-ənənələri və tarixi-mədəni zənginlikləri ilə Ordubad kəndlərinin bu baxımdan böyük potensialı vardır. Çənnəbdə yaradılmış müasir infrastruktur, bu kəndlərdə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, istehsal olunan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları, yeni tikilmiş villatipli evlər kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Vurğulanıb ki, kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etmək mümkündür. Bu həm ailə büdcəsi gəlirlərinin artması, eyni zamanda muxtar respublikamızın tanıdılması baxımından əhəmiyyət kəsb edir.

Ardını oxu...

Ekskursiyalar zamanı təqdim olunan məlumatlar turistlərin yaddaşında əsas təəssüratları formalaşdırır. Bu baxımdan ekskursiyaların təşkili zamanı turistlərə təqdim olunması zəruri hesab edilən obyekt və informasiyalar haqqında yaxşı bilik və peşəkarlıq tələb olunur.

Ardını oxu...

Müasir turizmin inkişafı turistlərin məzmunlu səyahəti üçün müəyyən istiqamətlərdə təşkil olunmuş turizm və ekskursiya mar­şrutlarının imkanları ilə sıx bağlıdır. Təcrübə göstərir ki, bu iş turizmin təşkilinin ən əsas, yekun mərhələsidir. Belə ki, əgər turizm üçün yol, mehmanxana və digər vacib infrastruktur məsələləri həll olunubsa, bundan sonra regionda kütləvi turizm üçün məhz cəlbedici turizm marşrutları yaradılması gündəmdə durur. Bu həlledici mərhələdə isə bizim kifayət qədər resursumuz vardır. Bu baxımdan turizm marşrutları üzərində işləyərkən Naxçıvanın nə qədər dəyərli sərvətləri olduğunu görürük. Ona görə də turizm ehtiyatlarımızın daha dərindən öyrənilməsi və onların əsasında xidmətlər zərfi yaradılması günün tələbidir. 

Naxçıvanda bütün ilboyu həm yerli, həm də əcnəbi turistlərin marağını cəlb edəcək xeyli sayda turizm marşrutları vardır. Bu gün muxtar respublikamızda mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmi­qaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları nəzərdə tutulmuşdur. Ancaq bu mar­şrutların sayının daha da artırılması və bu istiqamətlərdə satışa çıxarılan yollayışların turistlərə təqdim olunması da mümkündür. Muxtar respublikamızın dünya turizm mərkəzləri arasında tanınması üçün daha çox və rənga­rəng xidmətlər təşkil olunduqca diyarımız dünyanın hər yerindən gələ biləcək tələbkar, eyni zamanda səxavətli turistlər üçün cazibədar olacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunun Ərəfsə kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Ərəfsə, Milax, Ləkətağ kəndləri sakinlərinin iştirak etdikləri tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Culfa rayonunun Ərəfsə, Milax və Ləkətağ kəndlərinin turizm potensialı” mövzusunda çıxış edərək kənd yaşıl turizmi haqqında danışıb. Bildirilib ki, Ərəfsə, Milax və Ləkətağ kəndlərində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur.
Qeyd olunub ki, zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir.
Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb, mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirə haqqında məlumat verilib.
Kənd turizmində evlərdə turistlərə göstəriləcək xidmətlər, qiymətlər və gəlirlərin formalaşması, turizmlə bağlı ölkəmizdə yaradılmış qanunvericilik bazası haqqında söhbət açılıb və bildirilib ki, evlər turistlərə bir neçə günlük və ya aylıq kirayə verilə bilər ki, bu da kənd sakinlərinin maddi durumunun yaxşılaşdırılmasına xidmət edər. Təbii ki, qiymətlər evdə yaradılan şəraitlə bağlı olacaqdır.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əli Rzayev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Bist və Tivi kəndlərində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Bist Kənd Mərkəzində keçirilən tədbirdə Xurs, Ələhi, Nürgüt, Bist, Tivi Kənd Mərkəzindəki tədbirdə isə Tivi və Nəsirvaz kəndlərinin sakinləri iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Ordubad rayonunun Bist və Tivi kəndlərinin turizm potensialı” mövzusunda çıxışında tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Bist və Tivi kəndlərində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar və şərait vardır. Qeyd olunub ki, işin düzgün qurulması qədim diyarımızın, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında əhəmiyyətli rol oynaya bilər. Zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir. Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov “Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşması” mövzusunda çıxış edərək kənd turizmində evlərdə turistlərə göstəriləcək xidmətlər, qiymətlər və gəlirlərin formalaşması, turizmlə bağlı ölkəmizdə yaradılmış qanunvericilik bazası haqqında məlumat verib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əli RZAYEV

Yeraltı və yerüstü sərvətləri, zəngin faydalı qazıntıları, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur, Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar, tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir.
Muxtar respublikanın əlverişli coğrafi-siyasi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiəti, zəngin və çeşidli heyvanat aləmi, tarixi-mədəni irsi, özünəməxsus və zəngin mətbəxi, yüksək qonaqpərvərlik ənənələri, turizm sahəsinə nəinki dövlət təşkilatlarının, həmçinin özəl firmaların, xarici investor və sahibkarların cəlb edilməsinə imkan verən yeni sosial-iqtisadi şəraiti, birmənalı olaraq muxtar respublikanın hər yerində – hətta ən ucqar dağ kəndlərində belə, əlverişli infra­strukturun yaradılması və rəhbərliyin bu sahənin inkişafına xüsusi diqqəti Naxçıvanda turizmin hərtərəfli inkişafına şərait yaradır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələri ilə görüş keçirib.
Naxçıvan Dövlət Universitetində keçirilən görüşü ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmməd­ov açıb.
Mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları nazirliyin hamiliyinə verilib, bu ixtisaslarda təhsil alan tələbələrin hazırlıq səviyyələrinin artırılması məqsədilə seminarlar, elmi-nəzəri konfranslar, ekskursiyalar təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunun Kükü kəndində kənd yaşıl turizminin inkişafı məqsədilə maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Şahbuz rayonunun Kükü kəndinin turizm potensialı” mövzusunda çıxışında tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Kükü kəndində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Qeyd edilib ki, işin düzgün qurulması adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunması üçün də əhəmiyyətli rol oynaya bilər.

Ardını oxu...

Qədim diyarımız turizm mərkəzidir

   Turizm haqqında danışarkən onun cazibədarlığı və iqtisadi inkişafdakı rolundan bəhs edir, bu sahənin daha da inkişaf etdirilməsi üçün yollar axtarırıq. Azərbaycan torpağının bütün gözəlliklərinin dünyaya tanıdılması baxımından Naxçıvanın zəngin turizm imkanlarını da unutmamalıyıq. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri burada turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Qədim dövrlərin yadigarı olan abidələr – Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan türbələri, qədim insanların ilk məskunlaşdığı yaşayış yerləri – Gəmiqaya, Kilit mağarası, Naxçıvanın əzəmət, məğlubedilməzlik simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, misilsiz təbiət abidələri olan Göy-göl, Babək qalası, Əshabi-Kəhf kimi yüzlərlə tarixi-mədəni abidələr, eləcə də əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan çinarlar, narbənd və tut ağacları Naxçıvan diyarının analoqu olmayan turizm potensiallarındandır.
Həmçinin ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanların olduğunu açıq şəkildə ortaya qoyur. Naxçıvanın turizm imkanları ilə digər rayon və şəhərlərimizi müqayisə etmək belə, mümkün deyil. Çünki qədim Naxçıvan özünün mövcud imkanları ilə digər turizm bölgələrimizi bir çox sahələrdə qabaqlayır.

Ardını oxu...

Turizm XXI əsrdə dünyada ən çox diqqət mərkəzində olan sahələrdən birinə çevrilib. Son illərdə bu sahənin inkişafı elə bir mərhələyə qədəm qoyub ki, turistlərə qapı açmayan və yaxud buna maraq göstərməyən ölkə özünü bütün dünyəvi proseslərdən təcrid etməyə məhkum etmiş kimi sayılır. Əgər əvvəllər turistlər getdikləri ölkədə, sadəcə, tarix, mədəniyyət, gözəl təbiət əraziləri axtarırdılarsa, indi buna çoxsaylı maraq sahələri daxildir. Çünki turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Yəni istənilən bir maraqlı məşğuliyyət növünün sonuna “turizm” sözünü artırmaqla həmin sahədə turizm bazası yaratmaq mümkündür. Ancaq istənilən halda turizm yenə də səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki sadaladığımız amillər ölkəmizdə, eləcə də muxtar respublikamızda turizmin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. 

Turizm həm də o zaman inkişaf edir ki, mövcud resurslar əcnəbilər üçün əlçatan olsun. Yəni bu gün muxtar respublikamıza gəlmək istəyən turist üçün bu region haqqında ümumi məlumatların əldə edilməsi asan olsun. Bu baxımdan “dünya hörümçək toru”nun – internetin rolu əvəzsizdir. Virtual məkanın əsas oyunçularından sayılan sosial şəbəkələr müasir dövrdə turizmin inkişaf etdirilməsində ən mühüm amil sayılır. Məhz bu yaxınlarda muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən səsləndirilən fikirlərdə diqqətçəkən məqamlardan biri də bu sahədə elektron resurslardan düzgün istifadənin vacibliyi oldu: “...Çox təəssüf ki, turizm potensialının zəngin olmasına və bununla bağlı zəruri infrastrukturun mövcudluğuna baxmayaraq, muxtar respublikamız əlverişli turizm məkanı kimi lazımi səviyyədə tanıdılmır. Turizmin təbliğində elektron resurslardan istifadə mühüm əhəmiyyətə malikdir. Lakin elektron resurslarda muxtar respublikamızın görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu barədə təbliğat işi düzgün qurulmayıb. Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etməli, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaradılmalıdır”.

Ardını oxu...

Turizm haqqında danışarkən onun cazibədarlığı və faydalarından bəhs edir, turizmin daha da inkişaf etdirilməsi üçün yollar axtarırıq. Muxtar respublikamızda da turizm fəaliyyətinin genişləndirilməsində məqsəd burada mümkün ola bilən turizm növlərinin inkişaf etdirilməsi ilə bu qədim Azərbaycan torpağının bütün gözəlliklərinin dünyaya tanıdılması və turizmin iqtisadi inkişafdakı rolundan bəhrələnməkdir. Builki turizm mövsümünün başlanğıcı ərəfəsində muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üzrə verilmiş ciddi tapşırıqlara əməl olunması və artıq mart ayının ortalarından etibarən muxtar respublikamıza axışıb gələn əcnəbi turistlərin sayındakı artım turizm mövsümünün yaxşı başladığını, qarşıdakı dövrdə bizi çox işlər gözlədiyini göstərir.

Təqribən, ötən bir ay turizm baxımından nə ilə yadda qaldı? Söz yox ki, hər zaman olduğu kimi, bu dəfə də muxtar respublikamıza səyahət edən turistlərin yaddaşında möhtəşəm tarixi abidələr və müasir tikililərlə süslənmiş gözəl şəhər, isti qonaqpərvərlik, diqqətli münasibətin təəssüratları qaldı. Naxçıvan şəhərində sıx rastlaşdığımız turistlərin üz ifadələrindən və turizm üzrə səlahiyyətli orqanların nümayəndələri ilə aparılan söhbətlərdən bu qənaətə gəldik. Həqiqətən, muxtar respublikamızı turistlərə daha yaxşı sevdirmək, bir gələn turisti bir daha buraya çəkə bilmək üçün çox iş görülüb. Mart ayında bir neçə gün davam edən açıq hava konsertləri, rəsm sərgiləri, milli yeməklərin hazırlanması, gəzinti, alış-veriş və əyləncə tədbirləri həm naxçıvanlılar, həm də turistlər üçün maraqlı oldu. Necə deyərlər, mövsüm başladısa, boş dayanmağa bir saat belə, vaxt yoxdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov turizmin inkişafından, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən biridir və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət alıb. Müstəqilliyini bərpa etdikdən sonra yeni inkişaf yoluna qədəm qoyan Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib, ölkəmizdə turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb. Vurğulanıb ki, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının tarixi-mədəniyyət abidələrinin, gəzməli-görməli yerlərinin reklam-təbliğat yolu ilə xarici turistlərə tanıdılması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Turizm ixtisası üzrə təhsil alan tələbələrin üzərinə mühüm vəzifələr düşür.
Sonra Bələdiyyə və turizm kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Vəliyevanın videoslaydla mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi turist və turizm anlayışları haqqında qısa məlumat verib, Naxçıvan Muxtar Respublikasının turizm potensialından danışıb.
Məruzədə Azərbaycanın ən qədim yurd yerlərindən biri, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın böyük turizm potensialına malik olduğu vurğulanıb. Bildirilib ki, Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus təbiəti, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün son dərəcə əlverişli imkan yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi abidələr, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, həmçinin 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu Naxçıvan torpağının analoqu olmayan turizm potensialıdır.
Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüb.
Dəyirmi masa tələbə və müəllimlərin mövzu ətrafındakı müzakirələri ilə davam etdirilib.

Nərmin Cabbarova

Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə müxtəlif dövlət orqanları qarşısında mühüm vəzifələr qoyulub. Müşavirədə qeyd olunub ki, muxtar respublikada digər sahələr kimi, turizm sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoyulmalıdır. Turizmin inkişafı turistlərin təhlükəsizliyinin qorunması məsələsini də aktuallaşdırır. Bu sahədə də aidiyyəti dövlət orqanları fəaliyyətlərini gücləndirməli, onlarla işin təşkilinə diqqəti artırmalıdırlar. Aidiyyəti dövlət orqanları turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət etməli, turistlərə heç bir maneə yaradılmamalıdır.
Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müxtəlif tədbirlər keçirilir. Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada fəaliyyət göstərən mehmanxana subyektlərinin nümayəndələri ilə keçirilən görüş də həmin tədbirlərdən biridir.

Ardını oxu...

Dünən muxtar respublikada taksi xidməti ilə məşğul olan sürücülər üçün muzeylərdə seminar-məlumatlandırma işinə başlanılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Anar Babayev çıxış edib. Bildirilib ki, muxtar respublikamızın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblər səviyyəsində qurulmasına əlverişli şərait yaradıb.

Ardını oxu...

 Turizmin inkişafı milli suvenir bazarının canlandırılması ilə düz mütənasibdir

Naxçıvan artıq yeni bir marşrut kimi turistlərin diqqətini ildən-ilə daha çox cəlb edir. Rəsmi olaraq yayılan statistik rəqəmlər belə deməyə əsas verir. Turizmin inkişafı hazırda elə bir prioritet sahəyə çevrilib ki, bu sahəni heç bir halda ikincidərəcəli hesab etmək mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu sahənin inkişafı ilə bağlı keçirilmiş müşavirə də bunu bir daha təsdiq etdi. Müşavirədə səsləndirildiyi kimi muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üçün kifayət qədər potensialımız var. Ancaq potensialın olması məsələnin bir tərəfidirsə, bu potensialdan lazımınca istifadə etmək, mövcud resurslardan səmərəli şəkildə faydalanmaq, ən əsası isə işin düzgün icrası da mühüm şərtlərdəndir.

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, turizm ümumxalq işidir. Buna görə də bu sahənin inkişafına hər kəs öz töhfəsini verməlidir. Bu gün hər birimizin məqsədi muxtar respublikamıza turistlərin gəlməsinə yox, yenidən gəlməsinə nail olmaqdır. Turizm çox­profilli sahə olduğundan, bu yazıda həmin istiqamətlərdən biri haqqında bəhs etməyə çalışacağıq.

Ardını oxu...

Fenomenal bir hadisə kimi turizm müasir dünya iqtisadiyyatında mühüm yer tutur. O, iqtisadi cəhətdən gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətlidir. Cəmiyyətin iqtisadi və mədəni tərəqqisinin, xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın bir göstəricisi olan turizmin inkişaf etdirilməsi bu baxımdan ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzindədir. 

Naxçıvanın zəngin turizm ehtiyatları – qədim tarixi və müasir inkişafı, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə-rekreasiya məkanları, müalicəvi duz mağaraları, yaradılmış müasir sosial-mədəni və turizm infrastrukturu burada çox sayda turizm növünün inkişafı üçün əlverişli şərait yaratmışdır. Artıq muxtar respublikaya il ərzində 400 minə yaxın turist səyahət edir ki, onların təəssüratlarında Naxçıvan haqqında yüksək fikirlər səsləndirilir. Elə bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Türkiyəyə işgüzar səfəri zamanı qardaş ölkənin Prezidenti Naxçıvanın turizm potensialı haqqında xoş sözlər demiş, ölkəsinin vətəndaşlarını muxtar respublikamıza səyahət etməyə çağırmışdı. Doğrudan da, muxtar respublikamıza səfər edən qonaqlarda dərin təəssürat yarada biləcək bir çox turizm növləri üçün bu diyarda geniş imkanlar mövcuddur.

Ardını oxu...

Turizm sektoru müasir dövrdə dünya iqtisadiyyatının ən potensial sahələrindən biridir. Bu sahənin inkişafı elə bir səviyyəyə gəlib çatıb ki, hazırda elektronikadan sonra ən çox gəlir gətirən sektor kimi tanınır. Yunanıstan, İtaliya, İspaniya, Türkiyə kimi ölkələrin timsalında bunu aydın görmək mümkündür. Eyni zamanda nəzərə alaq ki, XXI əsrdə dünya ölkələrində turizmin inkişaf etdirilməsi daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Müxtəlif hesablamalara görə, bir turistin orta hesabla bir ölkədə xərclədiyi pul bir ton xam neftin qiymətindən artıqdır. Belə olduğu halda biz nədən tükənməz sərvət olan turizmin inkişafında ləngiməliyik? Bizim digər sərvətimiz isə belə demək mümkünsə, qonaqpərvərliyimizdir. Deyə bilərsiniz ki, axı bunsuz turizmi necə inkişaf etdirmək olar? Sualı belə cavablandırmaq mümkündür ki, dünyanın bir çox ölkələrində qonaqpərvərlik amili turizm sektorunun inkişaf etdirilməsi üçün qarşıya iqtisadi məqsəd kimi qoyulur, bizdə isə əksinə, xalqımızın hər bir nümayəndəsi qonaqpərvərliyi özünün milli dəyəri kimi görür.

Ardını oxu...

Bu günlərdə “Naxçıvan” Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Turizmin iqtisadi əsasları” adlı yeni dərs vəsaiti çapdan çıxıb. Bu mövzuda ilk dəfə dərc olunan kitabda iqtisadi bir hadisə kimi turizmin mahiyyətindən, onun inkişaf amillərindən, turizmin cəmiyyətin sosial-iqtisadi həyatında və humanitar inkişafdakı rolundan bəhs olunur. 

Müasir dünyada turizmin inkişaf səviyyəsi, bazar iqtisadiyyatı şəraitində rekreasiya tələbatının ödənilməsində bir biznes sahəsi kimi turizmin əhəmiyyəti dərs vəsaitində geniş şərh olunur. Turizm həm də tarix, mədəniyyət, ekoloji vəziyyətlə sıx əlaqəli sahədir. Buna görə də onun dayanıqlılığı, iqtisadiyyatın digər sahələri ilə əlaqəli şəkildə inkişaf etdirilməsi, turizm ehtiyatlarının potensialından maksimum istifadə olunması məsələləri həmişə aktualdır. Kitabda həmçinin bir sahibkarlıq sahəsi kimi turizm bazarının xüsusiyyətlərinə, xüsusi növ turizm sahibkarlığının yaradılmasının əhəmiyyətinə geniş yer verilib. Dərs vəsaitində turizm bazarının təşəkkül tapmasında dövlət tənzimlənməsinin mahiyyəti izah olunub.
Dərs vəsaiti müasir tələblər səviyyəsində işlənilib, təqdim olunan hər mövzuya dair tələbələrin biliklərini sınaması üçün yoxlama suallar və testlər təqdim olunub. Kitabda həmçinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Turizm Təşkilatının müəllif tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş sənədləri və çox işlənən turizm terminləri də verilib. Kitabdan turizm ixtisası üzrə təhsil alan tələbələr, turizm sahəsində çalışan mütəxəssislər, o cümlədən turizm və səyahət məsələləri ilə maraqlananlar faydalana bilərlər.
Kitab “Naxçıvan” Universitetinin Elmi Şurasının qərarı ilə dərc olunub.

Elbrus İSAYEV
tarix üzrə fəlsəfə doktoru, dosent

Ölkəmizin və onun tərkib hissəsi olan muxtar respublikamızın çox geniş turizm potensialı vardır. Diqqət etsək, bu məqamda yalnız turizm ehtiyatlarımızdan deyil, məhz turizm potensialımızdan danışırıq. Çünki turizm deyəndə yalnız turizm ehtiyatlarımızdan bir neçəsinin adlarının sadalanması heç turizm ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinə də yaraşmır. Odur ki, turizm potensialından danışırıqsa, o zaman hökmən elmi mülahizələrlə sübuta yetirilmiş, turistlərin real tələbatları baxımından öz təsdiqini tapmış və praktiki olaraq təcrübədən keçirilmiş arqumentlərə əsaslanmalıyıq. 

Naxçıvan Muxtar Respublikası təkcə ölkə­mizin deyil, ümumiyyətlə, yaxın coğrafiyanın turizm baxımından ən cazibədar regionudur. Cəlbedicilik kimi bəziləri buradakı tarixi abidələri, bir başqaları təbii şəraiti və ya mineral suları, yaxud müalicəvi məkanları göstərə, bunları milli qonaqpərvərlik elementləri ilə də zənginləşdirə bilərlər. Şübhəsiz, bizim turizm ehtiyatlarımız kimi bunların hamısı vardır və onları görüb qiymətləndirmək üçün xüsusi istedad tələb olunmur. Ancaq Naxçıvanın əsl turizm potensialını onun müasir inkişafında axtarmaq, muxtar respublikamızın müasir inkişafının yaratdığı imkanlarla turizm ehtiyatlarımızın bəhrəsini görmək bu gün turizmin təşkili məsələlərində əsas yer tutmalıdır.

Ardını oxu...

Sərbəst səyahət edib dünyanın gözəllikləri ilə tanış olmaq, mənalı istirahət edib öz mənəvi zənginliyini artırmaq hər bir insanın ən böyük hüquqlarındandır. Yüksək zövq, mədəni tələbat və mənəvi inkişafın bir nöqtədə kəsişdiyi turizm bu baxımdan müasir cəmiyyətin inkişaf göstəriciləri arasında mühüm yer tutur. Turizm tələbi elə bir mərhələdə yaranır ki, bu zaman sabitlik, kifayət qədər yüksək gəlir və sosial rifah təmin olunur.  

Müstəqillik illərində ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı mənzərəsinə nəzər saldıqda məhz yuxarıda qeyd olunanlarla tanış oluruq. Bunu, ümumən, dünya turizminin XX əsrin 50-ci illərindən başlayan inkişaf yolu ilə müqayisə etdikdə tam məntiqi bir qanunauyğunluq görürük. Çünki azərbaycanlılar həm mədəni, həm də həyat səviyyəsi baxımından bütün inkişaf etmiş ölkələrdə yaşayan xalqlarla eyni səviyyədədir.

Ardını oxu...

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin və muxtar respublikada turizm xidməti üzrə fəaliyyət göstərən firmaların nümayəndələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında ekoloji və kənd yaşıl turizminin inkişaf imkanları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva bildirmişdir ki, muxtar respublikamızda saf ekoloji vəziyyətin qorunmasına və ekoturizmin növlərindən biri olan kənd yaşıl turizminin inkişafına xüsusi diqqət yetirilir. Naxçıvanın unikal təbii şəraiti, kənd ərazilərində sosial-mədəni infrastrukturun ən yüksək standartlar səviyyəsində yenilənməsi kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Muxtar respublikada, ümumiyyətlə, turizmin inkişafına göstərilən dövlət dəstəyi burada dayanıqlı turizmin inkişafı üçün çox mühüm şərtlərdəndir.
Nazirliyin əməkdaşı Əkbər Novruzov “Naxçıvan Muxtar Respublikasında kənd yaşıl turizminin inkişaf istiqamətləri” mövzusundakı çıxışında Naxçıvanda kənd turizmi üçün mövcud olan ehtiyatlardan, onlardan istifadə üçün görülən işlərdən danışmışdır.

Ardını oxu...

Turizm sahəsində yüksək nəticələr əldə etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm heç də təkcə zəngin ehtiyatlar hesabına öz-özünə inkişaf edən bir sahə deyildir. Əksinə, turizm hər kəsdən öz töhfəsini gözlədiyi çox həssas bir münasibətlər sistemidir. Buna görə də hər bir regiondakı turizm-rekreasiya kompleksinə ixtisaslaşmış bir sahə kimi yanaşma tələb olunur ki, bu da turizm sahəsində dərin bilik, bacarıq və yüksək məsuliyyət tələb edir.

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı öz spesifikası ilə seçilir. Təqribən, on beş-iyirmi il öncəsinə nəzər saldıqda muxtar respublikada mövcud olan turizm ehtiyatlarının, demək olar ki, istifadədən kənarda qalması müşahidə olunurdusa, hazır­da Naxçıvana səyahət edən turistlər üçün çox geniş məzmunlu rekreasiya-tanışlıq imkanları yaradan bir şərait vardır. Turizmin cəmiyyətin ümumi inkişafı ilə ahəngdar olduğunu nəzərə alsaq, son iyirmi il ərzində Naxçıvan Muxtar Respublikasında turizm sahəsində əldə olunan nailiyyətlər bu baxımdan diqqəti cəlb edir. İndi artıq həm muxtar respublikaya xaricdən və ölkəmizin digər yerlərindən turistlərin gəlməsinə, həm də naxçıvanlıların öz istirahətini mənalı keçirmək üçün istədiyi turizm mərkəzinə səyahət etməsinə adi hal kimi baxsaq da, ötən dövr ərzində görülmüş bütün işlər bunun heç də sadə yolla başa gəlmədiyini göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Turist mar­şrutuna tələblər və marşrutun hazırlanma qaydası” mövzusunda muxtar respublikamızın ali məktəblərində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova turizmin əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş perspektivlər açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sahəsinin inkişafına da təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayı xeyli artmışdır.

Ardını oxu...

Tarix boyu sivilizasiyaların bir-birinə qarşı rəqabətinin nəticəsi özünün mədəni inkişaf göstəriciləri olan maddi və qeyri-maddi mədəniyyət nümunələrində dövrümüzə qədər gəlib çatmışdır. Elminə dərin hörmət etdiyimiz tarixçilərimizə istinadən deyə bilərik ki, minillər boyu bəşəriyyəti tərəqqiyə aparan güc yalnız yüksək mədəniyyətə qovuşmaq üçün çəkilən zəhmət, yaradıcılıq və axtarışlarla keçən insan ömrü olmuşdur. Məhz bu insanlar hər cür əziyyətə qatlaşaraq illər boyu daşı daş üstə qoymuş, gördüyü hər işdə elm axtarmış, bəzən də tarixin ədalətsizliklərinə sinə gərib səbirlə yoluna davam etmişlər.

Qədim Azərbaycan tarixinin hər səhifəsində öz izlərini qoruyub saxlamış Naxçıvan da dünya mədəniyyətinə elə bir miras qazandırmışdır ki, onun təbliği üçün indi qarşımızda çox əlverişli fürsətlər yaranmışdır. Düzdür, ölkəmizin və muxtar respublikamızın hərtərəfli inkişafına qısqanclıqla yanaşıb ona yaraşmayan don geydirmək istəyən qüvvələr olsa da, ancaq sayı getdikcə çoxalan dostlarımız sayəsində indi təkcə Naxçıvanımız haqqında bir turist deyil, səmimi bir qonaq kimi ürəkdolusu danışan səyahətçilərin sayı minlərlə, on minlərlədir. Turizmin də mədəniyyətlərarası bir körpü, həm də çox etibarlı bir dialoq vasitəsi olduğuna inandığımız üçün bu təəssüratların gələcəkdə daha geniş və böyük təsiretmə gücünə malik olacağına da şübhəmiz yoxdur. Naxçıvan elə yerdir ki, ona yaradıcı gözlə baxmaq, onun haqqında yazmaq, ürəkdən gələn fikir söyləmək başqasının kəlmələrini köçürməyi özünə vərdiş etmiş üç-beş nəfərdən başqa heç kim üçün çətin iş deyil.

Ardını oxu...

1980-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə sentyabrın 27-si Ümumdünya Turizm Günü elan olunmuşdur. 2001-ci ildən etibarən Azərbaycanda da Ümumdünya Turizm Günü qeyd olunur.
Ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanınması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirilmişdir. 

Tədbiri Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin mü­diri, Azərbaycan Respublikasının Əmək­dar mədəniyyət işçisi İmamqulu Əhmədov açaraq demişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə 1980-ci ildən etibarən hər il sentyabrın 27-si Ümumdünya Turizm Günü kimi qeyd olunur. Bildirilmişdir ki, ölkə­mizdə aparılan uğurlu islahatlar, iqtisadiyyatın inkişafı turizm sahəsinin də hərtərəfli inkişafına təkan vermişdir. Bu gün Azərbaycan həm də dünyanın diqqətini böyük turizm potensialı olan bir ölkə kimi cəlb edir. Ölkədə turizm siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Son illər ölkədə turizm sənayesində mövcud potensialın beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Ölkə­mizin regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni turizm obyektləri tikilir, mədəni-tarixi abidələr bərpa olunur, müasir mehmanxanalar inşa edilir. Hər il ənənəvi olaraq Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi təşkil olunur ki, qədim diyarımız Naxçıvan da burada təmsil olunur.

Ardını oxu...

Naxçıvanın zəngin turizm ehtiyatlarından istifadə edərək mənalı istirahət arzusunda olan və bunu reallığa çevirən turistlərin sayı ildən-ilə artmaqdadır. Builki yay turizm mövsümünü də bu mənada uğurlu saymaq olar. Belə ki, 2015-ci ilin yanvar-iyul ayları ərzində muxtar respublikamızda müxtəlif turizm marşrutları üzrə səyahət edən turistlərin sayında artım olmuşdur. Əldə olunmuş statistik məlumatlara əsasən, bu müddətdə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 207 min 374 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 3,4 faiz və ya 6807 nəfər çoxdur. Muxtar respublikaya gələn turistlər, əsasən, tanışlıq, işgüzar görüşlər, elmi, müalicə, dini ziyarət, tranzit, dağ, ekoturizm, kənd yaşıl turizm növləri üzrə səyahət edirlər. Naxçıvanda turizm sektorunda xidmət mədəniyyətinin yüksəldilməsi, Naxçıvan şəhərində və bölgələrdə istirahət və əyləncə mərkəzlərinin yaradılması, müasir standartlara cavab verən otel və yeməkxana şəbəkəsinin təşkili də muxtar respublikada turizmin inkişafını sürətləndirir. 

Xəbərlər şöbəsi

Müasir turizm, hər şeydən əvvəl, səyahətsevərlərin asudə vaxtının mənalı keçirilməsi, daha ucuz qiymətlərlə daha çox rekreasiya xidmətlərindən istifadə olunması və əhalinin bütün təbəqələrinin turizmə cəlb edilməsi tezisləri ilə xarakterizə olunur. Aktiv səyahətlər sonunda müxtəlif turlarda iştirak edən turistlər bu yolla ziyarət etdikləri məkanlardan aldıqları təəssüratlarla, bir növ, özünümükafatı da təmin etmiş olurlar. Belə ki, səyahətə çıxdıqda təbiətlə birbaşa ünsiyyət, tarixi zənginliklərlə canlı tanışlıq və qonaqpərvərliklə qarşılanmaqdan alınan mənəvi zövq bu tələbatın insanın özü tərəfindən ödənilməsinə imkan yaradır. Bu baxımdan Şahbuz rayonu ideal məkanlardan biridir. Bu füsunkar bölgəmizdə mövcud olan turizm ehtiyatlarının cazibə gücünə və rayonun müasir inkişaf mənzərəsinə baxdıqda buradakı hər bir turistdə lazımi emosiyanı yarada biləcək mənbələri görmək olar. Şahbuza, onun kəndlərinə gələn qonaqlar üçün ekoturizm, kənd-yaşıl, tibbi-sağlamlıq, fotoovçuluq, kamp, habelə mədəni-tanışlıq turizmi üçün yaxşı imkanlar vardır.

Ardını oxu...

Bu gün doğma Naxçıvanın ən çox sevilən məkanlarından biri Ağbulaq kəndidir. Bu məkanda Tanrı dağların hər dərəsini, hər zirvəsini elə yaradıb ki, sanki bu dağ kəndi möhtəşəm qalanı xatırladır.
Bizi əhatə edən dağların, məğrur, başı dik qayaların, zümrüd meşələrin, diş göynədən buz bulaqların, abı-havası şəfa verən yaylaqların əhatəsində yerləşən kənddə ən çox üz tutulan ünvanlardan biri Ağbulaq İstirahət Mərkəzidir. Zəngin və gözəl təbiəti hamını valeh etdiyi kimi, buradakı mükəmməl şərait insanda həm də xoş təəssüratlar yaradır. Məlumat üçün bildirək ki, Ağbulaq muxtar respublikada kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsidir. Üç yaşayış korpusundan və bir yeməkxana binasından ibarət olan mərkəz iki ildir, istifadəyə verilmişdir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ağbulaq kəndində istirahət mərkəzinin yaradılması təsadüfi deyil. Hələ keçmiş Sovetlər Birliyi dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. Bu, o dövrdə həyata keçirilən mühüm tədbirlərdən biri idi. Bu gün müstəqil Azərbaycanda da xidmət sahələrinin inkişafına, yeni istirahət komplekslərinin tikilməsinə və turizm infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun dövlət başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişafa nail olunmuş, sabitlik təmin edilmişdir. Bütün bunlar ölkə­mizdə yay və qış turizminin inkişafını daha da sürətləndirir. Ağbulaq İstirahət Mərkəzində də yay və qış turizminin inkişafı üçün əlverişli şərait vardır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunun Biçənək kəndində kənd turizmini inkişaf etdirmək məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sabiq İmanov açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Ardını oxu...

Asudə vaxtın təşkili formaları arasında təbiətlə birbaşa ünsiyyət halında aktiv səyahət və istirahət növü olan ekoturizm mühüm yer tutur. İnsanın təbiət gözəlliklərinə olan marağı planetin istənilən yerindəki qeyri-adi təbii resurslara doğru onu səyahətə çəkir.

Amma, əslində, turizmin bu növündə qeyri-adi heç nə yoxdur. Məhz hər bir insanın ürəyindəki torpağa məhəbbət hisləridir ki, onun üçün dağ çaylarının ağ örpəkli şəlaləsi dünyanın ən mahir rəssamının əsərindən də cazibədardır. Dağların yüksəkliklərindən göz işlədikcə ümman kimi üfüqlərə baxmaq, dağ yamaclarının nazəndə leylası bulaqların dirilik suyu hər dəfəsində insanı məst edir. Məhz belə təbiət gözəllikləri müasir ekoturizm həvəskarlarını özünə çəkən cazibə qüvvəsidir.
Ekoturizm və ümumiyyətlə, turizm bir yaradıcılıq sahəsidir desək, yanılmarıq. Bəzi insanlar yaradıcı­lığın sirrini yalnız incəsənət və buna yaxın sahələrdə axtarsalar da, amma, əslində, təbiət qədər ikinci bir bənzərsizliyə başqa yerdə rast gəlmək mümkün deyildir. Bu bənzərsizliyin kompozisiyasına uyğun olaraq yeni bir əsər ərsəyə gətirmək isə müasir tələbkar ekoturistə gözlədiyindən artıq heyrətləndirici resurslar və buna müvafiq xidmətlər təklif etmək bacarığıdır. Bu, əlbəttə ki, bir yaz günündə ailə üzvləri və dost-tanışlarla yaşıllığın qucağında gözəl bir süfrə açıb dincəlməklə bitmir. Düzdür, müasir ekoturların müxtəlif reseptləri vardır. Amma bir faktı hamı təsdiq edə bilər ki, təbiət qoynunda keçirilən günün ən yaddaqalan təəssüratı elə həmin gün rast gəldiyimiz qeyri-adi flora, fauna nümunəsi, yaxud unikal təbiət abidəsidir.

Ardını oxu...

Yay fəslinə doğru yaxınlaşdıqca turizm və istirahət məqsədli səyahətlər də artmaqdadır.
Artıq neçə müddətdir ki, Naxçıvanın görməli yerləri, gözəl təbiət guşələri, istirahət və əyləncə mərkəzləri çox sayda turisti özünə cəlb edir. Bəs görəsən bu il vəziyyət necədir? Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin yanvar-aprel aylarında muxtar respublikaya 118 min 625 nəfər turist gəlib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4780 nəfər çoxdur. Bu rəqəmlər onu deməyə əsas verir ki, regiona gələn turist səfərlərinin son aylardakı dinamikasında xeyli artım vardır. Belə ki, cari ilin yanvar-mart ayları ərzində Naxçıvana gələn turist sayı 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çox olduğu halda, bu rəqəm yanvar-aprel ayları üzrə 4,2 faiz artımla müşahidə olunub. Qeyd edək ki, muxtar respublikamıza səfər edən turistlər arasında ölkəmizin digər yerlərindən səyahət edən yerli turistlərlə yanaşı, xarici ölkələrdən gələn turistlərin də sayı artıb. Naxçıvanda servis sektorunda təklif olunan xidmətlərin çeşidinin və keyfiyyətinin artması bu sahəyə öz təsirini göstərən amillərdəndir.

Əli Cabbarov

Muxtar respublikamızın sosial-iqtisadi inkişafında turizm də xüsusi yer tutur. Naxçıvanın zəngin turizm ehtiyatlarının, mövcud turizm mar­şrutlarının imkanlarından istifadə etmək istəyən turistlərin sayı ildən-ilə artmaqdadır. Naxçıvanı yaxından tanıyan turistlər ölkəmizi daha yaxından tanımaq və mənalı istirahət fürsəti əldə edirlər.
Bu il də turizm mövsümü uğurla başlanıb. Belə ki, 2015-ci ilin ötən dövrü ərzində də muxtar respublikamızda turizm sahəsinin inkişafı və təbliği üzrə görülən işlər bu sahənin dinamik inkişafını təmin edib. Əldə olunmuş statistik məlumatlara əsasən, muxtar respublikamıza ölkə­mizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 90 min nəfərdən çox turist gəlib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur. Muxtar respublikaya səfər edən turistlərin səyahət motivləri genişdir. Belə ki, bu dövrə aid turist axınlarını təhlil etdikdə xüsusilə yaz fəslinin başlanması və Novruz bayramı ilə əlaqədar insanların səyahətlərə olan meylinin artdığını görməkdəyik. Naxçıvanın tranzit imkanları, müalicə turizmi potensialı da buna təsir edən amillərdəndir. Bölgədə fəaliyyət göstərən servis sektorunun peşəkarlığının artması, Naxçıvan şəhərində və bölgələrdə istirahət və asudə vaxt mərkəzlərinin yaradılması, müasir standartlara cavab verən restoran və yeməkxana şəbəkəsinin təşkili turizmin inkişafını sürətləndirir. Naxçıvana səfər etmiş əcnəbi turistlər isə buradakı təbiət guşələrinə, tarixi abidələr və muzeylərə xüsusi diqqət göstərirlər. Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində Bakı şəhərində keçirilmiş “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisində muxtar respublikamızın təqdimatı xüsusi maraq doğurub.

 Əli Cabbarov

“Turizmin əhəmiyyəti nədir?” sualı ilə maraqlanan oxucularımız üçün qısa bir giriş. Turizm kosmosun fəthi, internetin kəşfi kimi dünyanın yeni möcüzələri arasında inamla yer tutaraq insanların mənalı asudə vaxt keçirmək tələbatının ödənilməsində mühüm rol oynayır. Məhz bu səbəbdəndir ki, bu gün dünya üzrə il ərzində aktiv səyahətə çıxan turistlərin sayı, təqribən, 1 milyard nəfərə, onların xərclədiyi vəsaitin və yaxud turistlərə xidmət edən sektorun illik gəlirləri 1 trilyon ABŞ dollarına çatmaqdadır. 

Göründüyü kimi, rəqəmlər çox cəlbedicidir və maraqlısı odur ki, dünya iqtisadiyyatında nə baş versə də, turizm öz dinamikası ilə inkişaf etməkdə, turistlər marağı olan və maddi imkanı çatan hər yerə səyahətdən qalmamaqdadırlar. İstər yay, istərsə də qış fəsli üçün olsun, hər turizm mövsümü başlayanda ölkələrin dövlət və hökumət başçılarından tutmuş sektorun inkişafına maraqlı olan hər bir sahibkara, hər bir vətəndaşa qədər hamı daha keyfiyyətli turizm xidmətləri göstərmək, onun faydalarından daha çox yararlanmaq haqqında düşünür. Səyahət edən turistlərin isə bir marağı vardır: münasib qiymətlərlə yaxşı xidmətlər alıb, dolğun təəssüratla evə qayıtmaq. Dövlətin də turizmdən gözlədiyi maraqları nəzərə alsaq, turizmin cəmiyyətdə, demək olar ki, hər kəsin mənafelərinin kəsişdiyi bir nöqtədə olduğunu demək olar.

Ardını oxu...

Mənalı istirahət həvəskarları üçün yay-qış demədən ilin istənilən dövründə, Yer kürəsinin istənilən nöqtəsində turizm imkanları vardır və bu səyahətlərə yaranan meyil əvvəlcə insanın maddi imkanlarından və yaradılmış rekreasiya kompleksinin vəziyyətindən asılıdır. Əgər qış dövründə ələ düşən qısa məzuniyyət və ya tətil müddətində təbiətlə birbaşa ünsiyyətdən zövq almaq istəyənlər varsa, uzaq ölkələrdə qar və xizək axtarmağa dəyməz. Naxçıvan dağlarında hər il olduğu kimi, bütün qış gözəlliklərini özündə barındıran unikal şərait və üstəgəl fəal istirahəti təşkil etməyə imkan verən zəruri infrastruktur vardır.

Muxtar respublikamızda eko və müalicə turizmi dedikdə çoxları yaz-yay fəsillərində Ordubadın Göygölündən tutmuş Duzdağa qədər, oradan da Batabat yaylağınadək uzanan geniş ərazidə saf ekoloji mühitdə keçirdikləri zəngin təəssürat dolu günlərini xatırlayır. Gün keçdikdə gözəlləşdirilən Naxçıvanın yaşıl libasını siyah kəmər kimi kəsib keçən hamar yollarla bu istirahət məkanlarına çatıb gün ərzində gəzinti, əyləncə, idman və yürüş kimi müxtəlif turist fəaliyyətləri keçirmək mümkündür. Fəsillərdən qış olduqda isə ilk baxışda bunların mümkün olmadığı görünsə də, əslində, bu dövrdəki xidmət çeşidliliyi, münasib qiymətlər və mövsümi imkanlar ilin bu zamanında Naxçıvana gələn turistləri daha da həvəsləndirir.

Ardını oxu...

Muxtar respublikamızda davam edən sürətli sosial-iqtisadi inkişaf turizm sahəsində də özünü göstərməkdədir. Regiona turist axınının artması burada iqtisadiyyatın digər sahələrinin də inkişaf etdirilməsinə təsir göstərməklə yanaşı, eyni zamanda səyahətçilərin Naxçıvanı daha yaxından tanımalarına imkan yaradır.

2014-cü ilin yekunlarına görə, muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 378 min 102 nəfər turist gəlib. Muxtar respublikaya səfər edən turistlərin səyahət motivlərinə uyğun olaraq, onların asudə vaxtlarının, istirahət, əyləncə və müalicəsinin təşkil olunması, tranzit və işgüzar məqsədli turistlər üçün zəruri infrastrukturun yaradılması Naxçıvana səyahət edən turistlərin sayının artmasına səbəb olub. Naxçıvanın turizm ehtiyatlarının daha çox turizm dövriyyəsinə cəlb olunması, servis sektorunun peşəkarlığının artması, Naxçıvan şəhərində və bölgələrdə istirahət, asudə vaxt mərkəzlərinin yaradılması, müasir standartlara cavab verən restoran və yeməkxana şəbəkəsinin təşkili turizmin inkişafına müsbət təsir edən amillərdəndir.
Hazırda Naxçıvana səfər edən əcnəbi turistlər arasında Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa Birliyi ölkələri, Amerika Birləşmiş Ştatları, Baltikyanı ölkələr, Cənubi Koreya, Çindən gələn turistlər üstünlük təşkil edir. Xarici ölkələrdən gəlmiş turistlər burada işgüzar görüşlər keçirməyə, muxtar respublika ərazisindəki görməli təbiət guşələri, tarixi abidələr və muzeylərlə tanış olmağa, ziyarətlərini yerinə yetirməyə, təbii və klinik üsullarla müalicə olunmağa daha çox maraq göstərirlər. Naxçıvanda qış turizmi üçün də mövcud olan iqlim və relyef şəraiti burada turizmin bütün mövsümlərdə inkişafı üçün yaxşı imkanlar yaradır.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin ətrafında Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, 1980-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” kimi qeyd olunur. 2001-ci ildən ölkəmizdə də Ümumdünya Turizm Günü qeyd olunmağa başlanmışdır.

“Ölkəmizdə turizm sahəsinin əsaslı inkişafı və turizm şəbəkələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”, – deyən nazir əlavə etmişdir ki, müstəqilliyimizin ilk illərində turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə cavab verən yeni yanaşma tələb edirdi. Ulu öndər 27 iyul 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman imzalamışdır. Bu qanun Azərbaycan Respublikasında turizm bazasının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyənləşdirir.

Ardını oxu...

1980-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən sen­tyabrın 27-si Ümumdünya Turizm Günü elan olunmuşdur. Turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafındakı rolunun göstərilməsi, eləcə də müxtəlif ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyan bu əlamətdar gün 2001-ci ildən ölkəmizdə də qeyd olunur.
Turizm dünyanın bir çox ölkələrində ümumdaxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının gücləndirilməsində iqtisadiyyatın əsas sahəsi kimi götürülür. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafi diqqət mərkəzindədir.
Ölkəmizdə turizm sahəsinin əsaslı inkişafı, turizm şəbəkələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq bu sahədə mühüm qərarlar qəbul edilmiş, ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu dövrdə Azərbaycanda geniş turizm və ekskursiya bazaları şəbəkəsi yaradılmış, müasir mehmanxanalar inşa olunmuşdur. Belə ki, 1978-ci ildə Naxçıvanda, 1980-ci ildə Lənkəranda, 1982-ci ildə Qazaxda, Şamaxıda və Azərbaycanın başqa bölgələrində səyahətlər və ekskursiya büroları fəaliyyətə başlamışdır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda turizm sahəsində bir sıra uğurlu nəticələr əldə olunmuş, turist-ekskursiya təşkilatları keçmiş SSRİ-nin 170-dən çox şəhərinin turist təş­­kilatları ilə əlaqə saxlamağa başlamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında davam edən sürətli sosial-iqtisadi inkişaf özünü sosial sferanın müxtəlif sahələrində, o cümlədən turizmdə də göstərir. Bölgəyə ildən-ilə artan turist axını iqtisadiyyatın digər sahələrinin də inkişafına öz müsbət təsirini göstərməkdə, Naxçıvanın dünyaya tanıdılmasında mühüm rol oynamaqdadır.
Artıq yay turizm mövsümü sona yaxınlaşmaqdadır. Bəs bu il turizm mövsümündə hansı nəticələr əldə olunmuşdur? Bu sualla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Aldığımız məlumatda cari ilin ilk səkkiz ayında muxtar respublikaya 200 mindən çox sayda turist gəldiyi göstərilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Muxtar respublikaya gələn əcnəbi turistlərin də sayında artım müşahidə olunmaqdadır. Belə ki, bəhs olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını xarici ölkə vətəndaşıdır. Bu baxımdan təkcə cari ilin avqust ayında 11 min 333 nəfər əcnəbi muxtar respublikaya gəlmişdir. Muxtar respublikamıza gələn əcnəbi turistlərin ölkə vətəndaşlığına nəzər saldıqda sırası ilə Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa Birliyi ölkələri, Amerika Birləşmiş Ştatları, Baltikyanı ölkə­lər, Cənubi Koreya, Çin və digər ölkələr görünməkdədir.

Ardını oxu...

Təxminən, bir il bundan əvvəl Naxçıvan şəhəri haqqında bir yazı hazırlamışdım. Yazıda yaşadığımız şəhərin brend şəhərə çevrilməsi yollarından bəhs etmişdik. Onu da qeyd etmişdik ki, Naxçıvanın brend şəhərə çevrilməsi üçün çox gözəl imkanları var və bu imkanlardan düzgün istifadə yaxın illərdə bizə hərtərəfli uğurlar gətirə bilər. Son illər bu istiqamətdə davam etdirilən tədbirlər Naxçıvanın brendinq siyasətində mühüm rol oynamaqdadır. Sübut etməyə ehtiyac yoxdur ki, son dövrlər Naxçıvanın nüfuzu daha da artmış, ümumilikdə, muxtar respublikanın real təbliği üçün regionda baş verən ictimai-siyasi hadisələr mühüm rol oynamışdır. Bu hadisələri, eyni zamanda şəhərimizə olan rəsmi səfərləri gözümüz önünə gətirsək, bunun bir daha şahidi olarıq. 

Ardını oxu...

Turizm deyəndə sülh və tərəqqi içində yaşayan insanların bir-birlərinin tarixi keçmişinə, mədəniyyətinə, təbiət möcüzələrinə, saf ekoloji şəraitinə, iqtisadi inkişaf səviyyəsinə və milli qonaqpərvərliyinə görə yaranan maraq və motivlər naminə yüz kilometrlərlə uzaq məsafələrə etdikləri səyahətlər başa düşülür. Əgər həyat üçün zəruri olan nemətlər artıq təmin olunubsa və asudə vaxt da kifayət qədərdisə, onda səyahət etməyə, turizm səfərlərinə fürsət tapmaq olar. İlin bu məqamında muxtar respublikamızın dilbər guşələrindən biri olan, adı dillər əzbəri Batabata doğru səyahətin tam vaxtıdır desək, yanılmarıq. Necə ki uzaqlardan Naxçıvanın sorağı ilə gəlmiş qonağımıza israr etdiyimiz kimi: “Naxçıvana gələsən, Batabatı görməyəsən, günahdır!”

Ardını oxu...

Dövlətin sosial siyasətinin mexanizmləri arasında insanların asudə vaxtının səmərəli təşkili məsələləri mühüm yer tutur. Əhalinin bütün təbəqələrinin – yaşlıların, məhdud fiziki imkanlıların, uşaq və gənclərin mənalı istirahətlərinin təmin olunması, bütövlükdə, cəmiyyətin insan inkişafı indeksi göstəricilərində arzuedilən nəticələrə gətirib çıxarır. Artıq bütün dünyada insanın ömür uzunluğunun, keyfiyyətli həyat şəraitinin onun asudə vaxtının necə keçirilməsindən bilavasitə asılı olduğunu hamı yaxşı bilir və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir kəsin bundan maksimum dərəcədə faydalanmasına çalışılır. Sosial turizm kimi də tanınan və dövlətin müxtəlif əhali qruplarını əhatə edən belə qayğısını artıq muxtar respublikamızın uşaq və gəncləri, hərbçi ailələri, məhdud fiziki imkanlı insanları yaxından hiss etməkdədirlər. Ağbulaq İstirahət Mərkəzində indiyə qədər istirahət edib dincələn yüzlərlə məktəbli və gəncin təəssüratları bunu bir daha təsdiq edir. 

Ardını oxu...

Turizm müasir dünyada inkişaf etdirilməsinə daha çox diqqət yetirilən sahələrdən biridir. Çünki bu sahənin inkişafı istənilən ölkənin büdcəsinə gəlir gətirməklə bərabər, həm də həmin ölkənin tarixinin, mədəniyyətinin, təbii gözəlliklərinin təbliğində mühüm rol oynayır. Hər bir ölkənin özünəməxsus təbii gözəllikləri, tarixi, mədəni abidələri ola bilər. Ancaq turizm o zaman inkişaf edir ki, bu gözəlliklər, sadə dillə desək, pula çevrilsin və bu gözəlliklərdən istifadə davamlı şəkil alsın. Məhz bu gün dünyada bunu bacaran xeyli sayda qabaqcıl təcrübəyə malik ölkələr var. Hansı ki, bu ölkələr turizmin inkişafında təbliğat vasitələrindən düzgün yararlanırlar. Bunun da nəticəsində ölkəyə xeyli turist cəlb edə bilirlər. Yəni demək istədiyimiz odur ki, turizmin inkişafında müvafiq infrastruktur bazanın yaradılması ilə yanaşı, bu bazanın düzgün təbliği də əsas şərtlərdəndir. Elə bu yazıda da muxtar respublikamızın turizm imkanlarından və bu imkanların təbliği yollarından bəhs edəcəyik.

Ardını oxu...

Yay fəslinin özünəməxsus qayğılarından biri də, şübhəsiz, məzuniyyət dövrünü mənalı keçirmək istəyənlərin öz tələbatlarına uyğun istirahət növü, yəni müvafiq bir turizm marşrutu seçməkdir. Bu, bəzən ilk baxışda sadə görünsə də, vaxtın azlığı, ölkədaxili və xarici turizm bazarlarındakı təkliflərin çoxluğu və istirahətə getmək istəyənin məlumatsızlığı səfər ərəfəsində bir çox çətinliklər yarada bilər. İstirahətini muxtar respublikamızdan kənarda deyil, onun dilbər guşələrindən birində ailəliklə keçirmək istəyənlər varsa, Naxçıvan-Ərəfsə-Ləkətağ marşrutu onlara maraqlı və yaddaqalan təəssürat vəd edir.
Yay vaxtında səyahətə çıxmaq istəyənlərin seçimləri arasında kənd turizminin öz xüsusi yeri vardır. Məhz ilin isti yay günlərində ailəliklə kənddə düşərgə salıb, yaxud geniş bir kənd evinin bir hissəsini kirayə tutub, nə az, nə çox, üç-dörd həftə yaxşıca istirahət edib, əvəzində də beşgünlük xarici ölkə turunun qiyməti qədər haqq ödəməyi kim bəyənməz ki? Yetər ki, səyahətə yollanmağa həvəs, bir də turizm bazarından baş çıxaran bir dostunuz, yoldaşınız olsun.

Ardını oxu...

Həyatda sağlam yaşayaraq xoşbəxt olmağı kim arzulamaz ki? Söz yox ki, insan üçün ən qiymətli nemət olan sağlamlıq qədər onun qorunması da ən vacib qayğıdır. Sağlamlığın bərpa olunması üçün isə təbii üsullarla müalicə ən yaxşı vasitə olmuşdur. Yaşadığı yerlərdən yüzlərlə və minlərlə kilometr uzaqda mövcud olan şəfa qaynaqlarına çatmaq üçün insanların etdikləri səyahətlər müalicə və ya sağlamlıq turizmi adı altında hələ çox qədim dövrlərdən məlumdur. Naxçıvanın Duzdağ və Darıdağ kimi unikal təbii ehtiyatlarının istifadəsi ilə təşkil olunan müalicə turizmi də öz populyarlığını getdikcə artırmaqdadır.

Qeyd etdiyimiz kimi, sağlamlıq turizminin qədim tarixi vardır və dini ziyarət turizmi kimi o da insanların ilk səyahətlərinin əsas motivlərindən olmuşdur. Hər iki halda məqsəd sağlamlığın bərpa olunmasıdır. Əgər dini turizm zamanı insanların qazancı ruhi-mənəvi zənginləşmə, uca Yaradana bir addım yaxınlaşma hissləri olursa, müalicə turizmi zamanı isə qazanılan fiziki cəhətdən sağlamlıq, gümrah bədən və yaradıcı iş qüvvəsidir.

Ardını oxu...

Ətraf aləmin gözəlliklərini dərk etmək, səyahət edərək mənəvi zövq almaq insanın mühüm təməl ehtiyaclarındandır. Bu baxımdan mədəni inkişaf mərkəzi kimi şəhər həyatının da rəngarəngliyi həmişə insanları cəlb etmişdir. İşgüzar, qaynar mühitin, müasirlik ilə tarixiliyin bir arada yaşadıldığı şəhərlər ölkələrin iqtisadi və mədəni həyatında rol oynadığı kimi, tanışlıq-dərketmə turizminin də yaranıb inkişaf etməsi üçün ən əlverişli məkanlardandır. Özünün minilliklərdən gələn şanlı tarixi və bugünkü müasir iqtisadi-mədəni inkişaf səviyyəsi ilə Naxçıvan şəhəri malik olduğu turizm potensialı ilə bu bölgəyə səfər etmək istəyən turistlərə bol təəssürat vəd edir.

Ardını oxu...

Yaxud turistlərimiz bizdən nə gözləyirlər?

Qış fəsli artıq çoxdan arxada qalıb. Naxçıvanlılar əvvəlki illərdə qazandıqları uğurları daha da artırmaq, çoxlarının hələ on il əvvəl proqnoz etməkdə çətinlik çəkdiyi inkişafı daha yüksək səviyyəyə qaldırmaq üçün yeni təsərrüfat mövsümünə başlayıblar. İndi muxtar respublikada quruculuğun, yaz-əkin işlərinin səs-sədası sərhəd məntəqələrindən, ucqar dağ kəndlərindən gəlməkdədir. Növbəti turizm-istirahət mövsümü də artıq başlayıb və muxtar respublikamıza səfər edən turistlərin axını güclənib.

Ardını oxu...

İlk baxışda sadə görünən kənd həyatı özünün bütün gözəllikləri və təsərrüfat qayğıları ilə çox mürəkkəb, eyni zamanda cəlbedicidir. Xüsusən yay fəslində, lap elə bu gözəl yaz günlərində bir tərəfdən müasirliyin, bir tərəfdən də səhərin sübhündə –  Günəşin ilk şəfəqlərindən də öncə oyanan əsl qaynar kənd həyatının sehrinə qapılmamaq mümkün deyil. Budəfəki yay məzuniyyətini kənddəki gözəl evlərin birində ailəlikcə keçirmək bu sehrli aləmi yaşamaq üçün ən gözəl fürsətdir. Kənd turizmi insanın rekreasiya ehtiyacını ödəyən ən sadə və ən ucuz istirahət növüdür.

Bəzən şəhərdə oturub kənd haqqında danışarkən bir sıra maraqlı məqamlarla qarşılaşırsan ki, bunların da bir qismi kənd turizmi ilə əlaqəli yaranan suallara çox bənzəyir. Məsələn, bir vaxtlar kəndi bəyənməyib nəyin bahasına olursa-olsun, şəhərdə yaşamaq qərarına gələrək hətta dədə-baba torpaqlarını dəyər-dəyməzinə satıb beşinci mərtəbədə kirayə qalanlara hələ şəhərli deyə bilmədiyimiz kimi, yay fəslinin həftəsonu günlərinin birində mikroavtobusla kəndin dilbər guşələrinin birinə gələrək burada əylənib musiqi dinləyənləri də kənd turistləri adlandırmaq qeyri-mümkündür.

Ardını oxu...

Naxçıvandakı müasir otellər Novruz bayramı günlərində muxtar respublikamıza gələn qonaqlara yüksək səviyyədə xidmət göstərəcək

Mehmanxana və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Ona görə turizm sənayesi dedik ki, burada rekreasiya məhsulu istehsal edilərək turistlərə lazım olan bütün növ xidmətlər göstərilir. Turizm sənayesi isə çox geniş olub, mehmanxanalardan başqa, yemək, nəqliyyat, ekskursiya, müalicə, rekreasiya, təhlükəsizlik, ticarət, informasiya, rezervasiya xidmətlərinin, hədiyyəlik əşya istehsalı və satışı, habelə turizm sektoru üçün kadr hazırlığı kimi onlarla digər xidmətlərin məcmusudur. Mehmanxanalar turistlərin gecələməsi üçün vacib olduğundan onların fəaliyyəti və burada tətbiq olunan komfort standartları regiondakı turizm xidmətlərinin, peşəkar qonaqpərvərliyin səviyyəsi haqda ilkin fikir söyləməyə imkan verir. Hər halda, yaradılmış zəruri infrastruktur vardırsa, onda əsas yük də təşkilatçılığın, kadr məsələsinin üzərinə düşəcəkdir.

Ardını oxu...

Turizm və onun inkişafı məsələləri müasir dövrdə cəmiyyətin iqtisadi və mədəni inkişafı prioritetlərinə görə aktual olub, ölkələrin sosial-iqtisadi inkişaf indeksləri arasında mühüm yer tutur. Çünki turizm ümumi inkişafın nəticəsi, onun bəhrələrinin cəmiyyətin bütün üzvləri arasında paylanmasının bir mexanizmidir. Ölkəmizdə və muxtar respublikamızda turizmə verilən diqqət onun regional inkişaf və tanıtım məsələlərindəki xüsusi çəkisi ilə izah olunur. Turizmin imkanlarından geniş istifadə edə bilən və öz təbii, tarixi və mədəni ehtiyatlarından dayanıqlı istifadəni təşkil edən ölkələrin təcrübəsi göstərir ki, turizm heç də təkcə zəngin ehtiyatlar hesabına öz-özünə inkişaf edən bir sahə deyil, əksinə, hər kəsdən töhfəsini gözlədiyi çox həssas bir münasibətlər sistemidir. Buna görə də səmərəli işləyən turizm-rekreasiya kompleksinə ixtisaslaşmış bir sahə kimi yanaşma tələb olunur ki, bu da regionda turizmin inkişafına məsul olan hər kəsdən bilik, bacarıq və yüksək məsuliyyət tələb edir.

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR