22 Dekabr 2024, Bazar

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirilmişdir. 

Tədbiri Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin mü­diri, Azərbaycan Respublikasının Əmək­dar mədəniyyət işçisi İmamqulu Əhmədov açaraq demişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə 1980-ci ildən etibarən hər il sentyabrın 27-si Ümumdünya Turizm Günü kimi qeyd olunur. Bildirilmişdir ki, ölkə­mizdə aparılan uğurlu islahatlar, iqtisadiyyatın inkişafı turizm sahəsinin də hərtərəfli inkişafına təkan vermişdir. Bu gün Azərbaycan həm də dünyanın diqqətini böyük turizm potensialı olan bir ölkə kimi cəlb edir. Ölkədə turizm siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Son illər ölkədə turizm sənayesində mövcud potensialın beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Ölkə­mizin regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni turizm obyektləri tikilir, mədəni-tarixi abidələr bərpa olunur, müasir mehmanxanalar inşa edilir. Hər il ənənəvi olaraq Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi təşkil olunur ki, qədim diyarımız Naxçıvan da burada təmsil olunur.

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Elnarə Zeynalova “Naxçıvanın turizm potensialı” mövzusunda çıxış edərək bildirmişdir ki, muxtar respublikamızda müalicə, ekoturizm, kənd turizmi, dini turizm və digər turizm növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda turizm sahəsində həyata keçirilən tədbirlər onun inkişafı üçün yeni perspektivlər açır.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmiş və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin ekspozisiyasına baxış olmuşdur.
Ümumdünya Turizm Günü münasibətilə muxtar respublikamızın rayonlarında da tədbirlər keçirilmişdir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR