22 Dekabr 2024, Bazar

Bu il mayın 27-28-də Almaniya vətəndaşı Kai Qauqerin rəhbərliyi ilə Almaniya, Avstriya, Danimarka və Böyük Britaniyadan olan tədqiqatçılar Naxçıvan Muxtar Respublikasındakı quş növlərini görmək üçün burada səfərdə olmuşlar.
Kai Qauqer www.birdingaze.blogspot.com internet səhifəsində Naxçıvan səfəri barədə hesabat yerləşdirmişdir. Həmin hesabatı təqdim edirik.

 


Nahar yeməyindən sonra Bakı şəhərindən Naxçıvana yola düşdük. İki gün burada səfərdə olduq. Səhər erkən ilk hədəfimiz Aladöş çərənçi (Raddeʼs Accentor) quşunu görmək idi. Batabat gölünün üzərindəki rəng­li yarımalp çəmənliklərini yoxladıqdan sonra oxuyan Aladöş çərənçi quşunu gördük və quşun yaxından şəkillərini çəkə bildik. Batabatda gördüyümüz digər quşlar isə Bağ vələmirquşu (Emberiza hortulana) və Qırğıyaoxşar pöhrəçil (Sylvi nisoria) idi. Orada digər quşlar da var idi. Həmçinin ərazidə iki Kiçik Qartal da (Clangapomarina) müşahidə etdik.


Ərazidə Saqqallı leşyeyən (Gypaetusbarbatus) və Berqut qartalı (Aquila chrysaetos), dağlardan ­yavaş-yavaş aşağı endikcə isə Ağboğaz bülbül (Irania gutturalis), Böyük qayalıq sittası (Sitta tephronota), Səhra kəkliyi (Ammoperdix griseogularis), Səhra qarquşu (Bucanetes githagineus) və Monqol qırmızıqanad hörüçüsü (Bucanetes mongolicus) quşlarını gördük. Günün ikinci hissəsi biz gözəl vadiyə getdik və orada Səhra zəvzəyi (Hippolais languida), Qayalıq vələmirquşu (Emberiza buchanani) və İran Qızılquyruq çaxraqcıl (Oenanthe chrysopygia) quşlarını, həmçinin həmin ərazidə kiçik qrupdan ibarət Bezoar keçilərini də müşahidə edə bildik.


Növbəti gün Naxçıvan Muxtar Respublikası ərazisindəki düzənlik hissə olan Nehrəm dağlarına səfər etdik. Gəzinti zamanı yaxından Səhra kəkliyi (Ammoperdix griseogularis), Şahin (Falco peregrinus), Aralıq dənizi qızılquşu (Falco biarmicus feldeggi), Səhra qarquşu (Bucanetes githagineus), Qayalıq vələmirquşu (Emberiza buchanani), İran Qızılquyruq çaxraqcılı (Oenanthe xanthoprymna chrysopygia) və Qaraqarın bağrıqara (Ptrocles orientalis) quşlarını yaxından görə bildik. Sonra biz məşhur Haçadağ ətrafına doğru hərəkət etdik. Həmin ərazidə çoxlu sayda Qısabarmaq sərçə (Calandrella brachydactyla) və İkixallı torağay (Melanocorypha bimaculata) quşlarının, xüsusilə də ərazidə ov edən Qırmızıqanad mərciməkquşularının (Rhodopechys sanguineus) olması təəccübümüzə səbəb oldu. Sonuncu və mühüm ərazi hesab edilən Darıdağ ərazisində bir dəqiqə içərisində balalarını yedizdirən çoxlu Səhra çaxraqcılı (Rhodospiza obsoleta) gördük.


Bütün bunlar Naxçıvanda mükəmməl quş gəzintisinin gözəl nəticəsi idi.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR