06 Dekabr 2024, Cümə

16-18 noyabr 2021-ci il tarixlərdə Qətərin paytaxtı Doha şəhərində “Qatar Travel Mart” sərgisi keçirilmişdir.


İlk dəfə keçirilən “Qatar Travel Mart” sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayaraq turizm sənayesində rəqabətliliyi artırmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədilə təşkil edilmişdir.
Dünyanın 31-ə yaxın ölkəsinin və 150 şirkətin iştirak etdiyi sərgidə Azərbaycan Respublikasından Azərbaycan Turizm Bürosunun, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, eləcə də hotel və turizm agentliklərinin nümayəndələri iştirak etmişdir.

Sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib. Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış etmişdir. Azərbaycanın geniş turizm potensialı haqqında məlumat verən direktor, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm imkanları haqqında da iştirakçıları məlumatlandırmışdır.
Sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunaraq muxtar respublikanın turizm potensialı təbliğ olunmuşdur. Turizm Departamentinin direktor müavini Qafar Cəlilsoy tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə geniş məlumat verilmiş, “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını cəlb etmişdir.
Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin fotoşəkilləri nümayiş etdirilmiş, diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış bukletlər, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, “Naxçıvan mətbəxi” kitabı, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı”,“Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilmişdir.
Duzdağ Fizioterapiya Mərkəzi sərgi iştirakçılarının daha çox diqqətini cəlb etmişdir. Sərgidə iştirak edən müalicə şirkətləri ilə müxtəlif görüşlər keçirilmiş və müalicə mərkəzi haqqında onlara ətraflı məlumat verilmişdir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR