21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə Ordubad şəhəri üzrə piyada mar­şrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsinın iştirakçıları üçün ekskursiya təşkil olunub.

Ordubadın zəngin turizm potensialı, rayonun tarixi, özünəməxsus dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla yaxından tanışlıq məqsədilə tərtib edilmiş piyada mar­şrutunun proqramına uyğun olaraq könüllülər Ordubad Rayon Tarix-Diyarşünaslıq, akademik Yusif Məmmədəliyevin, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər.
Proqrama əsasən könüllülər Ordubad buzxanası, Ordubad hamamı, Sərşəhər meydanı və Ordubad şəhər Cümə məscidi ilə də tanış olublar, bu obyektlər haqqında tələbələrə ətraflı məlumat verilib.
Ekskursiya zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR