06 Dekabr 2024, Cümə

“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında turizmin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib.


Konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, qədim tarixi, zəngin keçmişi və təbiəti ilə seçilən Naxçıvanda bu gün gəlirli sahələrdən biri olan turizmin inkişafına xüsusi diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada həyata keçirdiyi uğurlu sosial­-iqtisadi islahatlar artıq turizmi inkişaf edən bir sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblər səviyyəsində yaradılmış istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin dinamik inkişafına səbəb olub. Bu gün muxtar diyarda kənd və yaşıl turizmin potensialından da səmərəli istifadə edilir, dini turizmin təbliği istiqamətində mühüm işlər görülür.
Konfransda İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun, kafedranın müəllimi Ülviyyə Əliyevanın, universitetin tələbəsi Arzu Əsgərovun məruzələri dinlənilib. Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR