20 Aprel 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il oktyabr ayının 30-da qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 9 sağlamlıq imkanları məhdud, 4 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri olmaqla, cəmi 16 qadın iştirak edib.

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Tarverdi Məmmədov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün təşkil olunmuş xalçaçılıq təliminin də görülən işlərin davamı kimi qeyd edilib. Bildirilib ki, bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikada geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur.
Sonda təlimçi, istedadlı xalça ustası Həcər Hümbətova təlimə əyani vəsaitlərdən istifadə etməklə başlayıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR