Muxtar respublikada həyata keçirilən aktiv məşğulluq tədbirləri cəmiyyətin hər bir üzvünün arzusuna, qabiliyyət və bacarığına uyğun olaraq peşə və ixtisas seçiminə əlverişli zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət daşıyır.