Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar iqtisadiyyatın hərtərəfli inkişafını təmin edib. Sosial-iqtisadi yüksəliş bu gün, ilk növbədə, əhalinin gündəlik həyatında özünü qabarıq büruzə verir. Muxtar respublika rəhbəri tərəfindən əhalinin sosial müdafiə məsələləri də daim diqqət mərkəzində saxlanılır. Həssas qrup əhalinin sosial müdafiəsinin təşkili, sığorta-pensiya sistemi üçün göstərilən xidmətlərin təkmilləşdirilməsi sahəsində atılan addımlar çoxşaxəli sosial siyasətin təzahür formalarının yalnız bir hissəsidir.