22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinə cəlb olunmuş məktəblilərdə təbiətə maraq oyatmaq, onun həyat üçün zəruri elementlərlə zənginliyini aşılamaq, təbiəti qorumağın hər bir insan üçün xeyirxah bir iş olduğunu çatdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlər, adətən, təbiətin qoynunda təşkil olunur.
Növbəti tədbir 22 may – Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar keçirilib. Belə ki, mərkəzin dərnək üzvləri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağı ərazisində ekskursiyada olublar.

Əvvəlcə mərkəzin dərnək rəhbəri Kənarə Kərimova çıxış edərək bu günün əhəmiyyəti, tarixi, ölkəmizdə xüsusi mühafizə olunan təbiət əraziləri, milli parklar və orada qorunan biomüxtəliflik barədə dərnək üzvlərinə məlumat verib. Bildirilib ki, bu gün Naxçıvanda da yaşıllıq zolaqlarının salınması, onlara aqrotexniki qaydada qulluq göstərilməsi vətəndaşlıq borcuna çevrilib.
Sonra dərnək üzvləri dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkiləri, həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimali Amerika mənşəli bitkilərlə tanış ediblər. Dərnək üzvləri Nəbatat bağının təcrübə və nadir bitkilər kolleksiyası sahələrinə də baxıblar. Burada onların sualları cavablandırılıb.
Ekskursiyada dərnək üzvləri dibçəklərdə güllər əkib, yeni gül növlərinə qulluq qaydalarını öyrəniblər. 

Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR