07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması may ayında da diqqətdə saxlanılmış, bununla bağlı olaraq bir sıra seminar, təlim, monitorinq keçirilmişdir.
Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimi keçirilmiş, təlimlər zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, muxtar respublika üzrə 27 qadının iştirakı təmin edilmiş, 20 nəfərə sərmayə kapitalının verilməsi nəzərdə tutulmuşdur.

Ötən ay özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən “Göycə məhsullarının satışı yarmarkası”nda və muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 41 qadının 709.50 manat dəyərində 139 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 4-nün təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmişdir.
Monitorinq zamanı layihə iştirakçılarının sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələrinə nəzarət olunması və ayrılmış sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmışdır.
Hesabat ayında Şahbuz rayonunda yaşayan sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadınlar üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı keçirilmiş təlimdə rayonda yaşayan aztəminatlı ailə üzvü olan 4, 16 sağlamlıq imkanları məhdud qadın və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 5 dərnək rəhbəri iştirak etmişlər.
May ayında Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 494 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, tədrisə cəlb edilmiş 120 sağlamlıq imkanları məhdud uşaqla bağlı 19 müəssisədə monitorinq keçirilmişdir.
Sədərək rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı bu sahəyə məsul olan şəxslərin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 4 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq keçirilmişdir. Ötən ay valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1 uşağın qeydiyyatı aparılmışdır.
Ötən ay 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hemofiliyalı və talassemiyalı uşaqlara dəstək olmaq üçün komitə əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilmiş və 16 litr qan tədarük edilərək Qan bankına təhvil verilmişdir.


Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR