06 Dekabr 2024, Cümə

Fərdi uçot sistemi müasir sığorta-pensiya sisteminin aparıcı komponenti olmaqla, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına, işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarına malik olması üçün pensiya kapitalının formalaşdırılmasına şərait yaradır. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınmaqla, onlara uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır.

Bu da imkan verir ki, sığorta­olunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalı ilə bağlı məlumat əldə etsin. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də sığorta­olunanların gələcəkdə pensiya hüququ yarandıqda vaxt itirmədən avtomatlaşdırılmış pensiya təyinatı xidmətinin üstünlüklərindən yararlanmağa imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır. Həmçinin hər ilin əvvəlində fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı istehlak qiymətləri indeksinə uyğun səviyyədə indeksləşdirilərək artırılması həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınmasını diqqətdə saxlayır, fərdi uçot sistemində uçota alınan sığortaolunanlar haqqında məlumatların sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsini həyata keçirir. Qeyd edək ki, muxtar respublikada iqtisadi inkişafın davamlı olması, yeni müəssisə və iş yerlərinin yaradılması fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayının artmasına səbəb olmuşdur. Belə ki, 2021-ci ilin 4 ayı ərzində muxtar respublikada fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 1013 nəfər artaraq, ümumilikdə, 180662 nəfərə çatmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR