22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Xok kəndində yaşayan aztəminatlı Cəfərovlar ailəsinə baş çəkilib. Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir.
Görüş zamanı uşaqlar həkim müayinəsindən keçirilib, ailənin problemləri ilə maraqlanılıb, ehtiyaclarına uyğun koməklik göstərilib.
Sonda ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR